Prezident İlham
Əliyev Türkdilli Dövlətlərin
Əməkdaşlıq
Şurasının baş katibini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi Xəlil Akıncını qəbul
etmişdir.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən tədbirlərdən danışıldı, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının baş
katibi Xəlil Akıncı türkdilli dövlətlərin rəmzlərinin
əks olunduğu bayrağı Prezident İlham Əliyevə
təqdim etdi.
Azərbaycan.-2014.- 18 aprel.- S.1.