Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir
Rusiya
Federasiyası Ulyanovsk vilayəti hökumətinin sədri və
qubernatoru Sergey Morozovun ölkəmizə səfəri çərçivəsində
aprelin 14-də Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya
biznes forumu keçirilir.
İqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev forumda çıxış
edərək bildirmişdir ki, Azərbaycan ilə Rusiya
arasında əlaqələr qarşılıqlı hörmət
və faydalı əməkdaşlıq prinsipləri üzərində
qurulmuşdur. Dövlət başçılarının
qarşılıqlı səfərləri əlaqələrin
inkişafında mühüm rol oynayır.
Biznes
forum çərçivəsində Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə
Ulyanovsk vilayətinin Sahibkarlığın İnkişafı
Korporasiyası Fondu arasında Anlaşma Memorandumu
imzalanacaqdır.
Azərbaycan.-2014.- 15 aprel.- S.8.