«Azərbaycan Polad
İstehsalı Kompleksinin
yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli
sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 4, maddə 429) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.1-ci və 4.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
4.1.1. Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;
4.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
4.2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə:
4.2.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
4.2.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
4.2.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
4.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi.";
1.2. 4.3.2-ci yarımbənd ləğv edilsin;
1.3. 5-ci hissədə "sədrinin" sözündən sonra "və sədr müavinlərinin" sözləri əlavə edilsin;
1.4. 6.1-ci bənddən ", təsdiq olunmaq üçün" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2014-cü il
Azərbaycan.-2014.- 16 aprel.- S.1.