Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 481; 2005, ¹ 5, maddə 403; 2008, ¹ 3, maddə 175, ¹ 11, maddə 970; 2009, ¹ 7, maddə 533, ¹ 11, maddə 881, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85, ¹ 12, maddə 1138; 2012, ¹11, maddə 1110; 2013, ¹2, maddə 113) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 10.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

1. birinci cümlədə "iki" sözü "üç" sözü ilə əvəz edilsin;

2. ikinci cümlədə "və müavini" sözləri  "və müavinləri" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 15 aprel 2014-cü il

Azərbaycan.-2014.- 16 aprel.- S.1.