Danimarkanın Kraliçası Ülyahəzrət
II Marqreteyə
Ülyahəzrət,
Danimarka Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 14 aprel 2014-cü il.
Azərbaycan.-2014.- 16 aprel.- S.1.