Monteneqro parlamentinin sədri, ATƏT Parlament
Assambleyasının
prezidenti Azərbaycana
səfərə gəlmişdir
Monteneqro parlamentinin sədri,
ATƏT Parlament Assambleyasının
prezidenti Ranko Krivokapiç aprelin 15-də
Azərbaycana səfərə
gəlmişdir. AzərTAc xəbər verir
ki, hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər
Əliyev Beynəlxalq
Aeroportunda Monteneqro parlamentinin sədrini Azərbaycan Respublikası
Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Monteneqro
parlamentinin sədri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində
bildirmişdir ki, Azərbaycana həm
ATƏT PA-nın prezidenti,
həm də Monteneqro parlamentinin sədri kimi böyük məmnuniyyətlə
gəlmişəm. Dünyanın ən böyük parlament assambleyalarından
biri olan ATƏT-in Parlament Assambleyasının
növbəti sessiyası
Bakıda keçiriləcəkdir.
Bu qərarın qəbul edilməsinə görə mən Azərbaycan hökuməti
və parlamentinə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycan üçün
əlamətdar hadisə
olacaqdır. Səfərim həm də Monteneqro və Azərbaycan arasında yüksək səviyyədə
olan siyasi və iqtisadi əlaqələri genişləndirmək
məqsədi daşıyır.
ATƏT PA-nın prezidentinin
ölkəmizdə bir
sıra görüşlər
keçirməsi nəzərdə
tutulur.
Azərbaycan.-2014.-
16 aprel.- S.2.