Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin
sədri Goranboy şəhərində
vətəndaşları qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciət, ərizə və şikayətlərinin
müsbət həll edilməsi üçün müvafiq tədbirlər
görürlər.
AzərTAc
xəbər verir ki, mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında
şəhər və rayonlarda vətəndaşların qəbulu
cədvəlinə uyğun olaraq aprelin 15-də Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova Goranboy şəhərində
vətəndaşları qəbul etmişdir.
Yeni
Azərbaycan Partiyası Goranboy rayon təşkilatının
inzibati binasında keçirilən qəbulda Goranboy, Tərtər,
Bərdə rayonlarının sakinləri, eləcə də
Laçın və Xocalı rayonlarından olan məcburi
köçkünlər iştirak etmişlər.
Komitə
sədri qəbula gələn vətəndaşların hər
birini diqqətlə dinləyərək onların müraciətlərinin
həlli üçün müvafiq göstərişlər
vermişdir. Müraciətlər əsasən əlil
uşaqların müalicəsi, qızların təhsildən
yayınması, erkən nikah və boşanmaların
yaratdığı problemlər, qadınların işlə təminatı,
qadın və uşaq hüquqlarının müdafiəsi,
alimentlərin ödənilməsindəki çətinliklər
və digər məsələlərlə bağlı
olmuşdur.
Qəbul
zamanı qaldırılan məsələlərin bəziləri
yerindəcə həll edilmişdir. Komitənin səlahiyyətlərinə
aid olmayan müraciətlər isə müvafiq orqanlara
çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2014.- 16 aprel.- S.5.