"Tikinti
materiallarının və məmulatının
sertifikatlaşdırılmasını həyata keçirən
müəssisələrin laboratoriyalarının, habelə
sınaq laboratoriyalarının akkreditasiyası
Qaydaları"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 103 Bakı şəhəri, 14 aprel 2014-cü il
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 17 aprel.- S.2.