Azərbaycan ilə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası arasında əlaqələr
müzakirə edilmişdir
Aprelin
17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi Xəlil Akıncı ilə
görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirilmişdir
ki, görüşdə Azərbaycan ilə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası, habelə təşkilata üzv
dövlətlər arasında əlaqələr və qurum tərəfindən həyata keçirilməsi
nəzərdə tutulan tədbirlər
haqqında fikir mübadiləsi
aparılmışdır. Həmçinin Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının digər beynəlxalq təşkilatlar ilə
əlaqələri də müzakirə edilmişdir.
Azərbaycan.-2014.- 18 aprel.- S.2.