Qayğı bizə güc verir

 

Dövlət başçısına minnətdarlıq

 

Bütün münaqişə müharibələr təkcə dağıntılar, ərazi ilhaqları, bəşəriyyətin ən ülvi varlığı olan insan övladının sadəcə məhvi deyil, onların düçar olduqları qəddarlıq dəhşətlərin səbəbidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elan olunmamış müharibəyə keçdikdən sonra dağıdıcı, məhvedici terror qətliamlar nəticəsində 20 min azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil şikəst olmuşdur. Bu təcavüz eyni zamanda Azərbaycan üçün 17 min kvadratkilometr ərazinin (əsasən məhsuldar təbii sərvətlərlə zəngin) torpaqların işğalı, 900 yaşayış məntəqəsinin s. dağıdılması, bütünlüklə məhv edilməsi deməkdir.

Əlbəttə, müstəqilliyini yenicə bərpa edən Azərbaycan dövləti xalqı üçün bu münaqişə həmçinin ölkəyə sosial-iqtisadi mədəni problemlər gətirdi. Lakin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Prezidenti İlham Əliyevin çox uğurla davam etdirdiyi məqsədyönlü siyasət nəticəsində dövlətimizin nail olduğu sosial-iqtisadi inkişaf ölkənin bütün sahələrdəki problemlərinin həllini mümkünləşdirdi. İlk növbədə Ermənistanın təcavüzü nəticəsində doğma, ata-baba yurd-yuvasından didərgin düşmüş bir milyon qaçqın məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması sosial-məişət problemlərinin həlli diqqət mərkəzində saxlanıldı. Təcavüzün ilk illərində salınmış çadır düşərgələri ləğv edilərək məcburu köçkünlər üçün yeni, müasir, bütün infrastruktura malik qəsəbələr yaşayış məntəqələri tikildi. Bu qayğıdan məcburi köçkünlərlə yanaşı, torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına vuruşub əlil şikəst olanlara, eyni zamanda şəhid ailələrinə pay düşdü.

İqtisadi inkişaf sürətinə görə nəinki Cənubi Qafqazda, hətta bir sıra Avropa dövlətləri arasında liderliyini qoruyub saxlayan Azərbaycanın bu istiqamətdə yürütdüyü sosial-mədəni siyasət nümunəyə çevrildi.

Azərbaycan Prezidenti İlham Əliyevin mart ayında, UNESCO-nun qeyri-maddi irs siyahısına düşən, xalqımızın ümummilli bayramı olan Novruz ərəfəsində imzaladığı növbəti fərman sərəncamlar bir daha dövlət başçısının bu kateqoriyadan olan vətəndaşlara diqqət qayğısının daimiliyini göstərdi. Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərmanda göstərilir ki, müharibə əlillərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilsin.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş Azərbaycan Respublikasının azadlığı, suverenliyi ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında" 18 mart 2014-cü il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş Azərbaycan Respublikasının azadlığı, suverenliyi ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat magistratura (tibb təhsilində əsas rezidentura) təhsil səviyyələrində orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014-2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Bu fərman sərəncamlar ölkə əhalisi, xüsusən müharibə veteranları, şəhid ailələri məcburi köçkün statuslu Azərbaycan vətəndaşlarının hər biri tərəfindən rəğbət minnətdarlıq hissi ilə qarşılanır. Kəlbəcərin müdafiəsi illərində Dikyurd, Yellicə, Qaraqaya sərhəd məntəqələrində keşikdə dayanan erməni təcavüzkarları ilə üz-üzə qalan müharibə veteranı, məcburi köçkün Fərman Bəylərovun ailəsinə bu qayğıdan pay düşüb. İki övladı ali təhsil müəssisələrində oxuyan (Ramin Bəhram Bəylərov qardaşları) Fərman Bəylərov dövlət başçısının növbəti dəfə imzaladığı fərman sərəncamın onların ailəsinə Novruz bayramı töhfəsi kimi dəyərləndirir minnətdarlığını belə ifadə edir: "Vətəndaşların sosial müdafiəsini düşünən daim qayğı göstərən dövlətimizin başçısı, Prezident İlham Əliyevin bu dəfə imzaladığı fərman sərəncam bizi çox sevindirdi. Bu fərman sərəncamlar bir daha təsdiqləyir ki, dövlət başçısı hər bir Azərbaycan vətəndaşının Prezidenti olmağa layiqdir. İnanırıq ki, Ermənistanın işğalı altında olan torpaqlarımız düşməndən azad edəcək orada yenidən məskunlaşma Prezidentin fərman sərəmcamlarında öz həllini tapacaq. Ona görə hər bir Azərbaycan vətəndaşı dövlətimizin onun güclü iradəyə malik başçısının ətrafında sıx birləşib".

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 18 aprel.- S.4.