«Euronews» telekanalı
Azərbaycanın İvanovka kəndində
yaşayan malakanlar
haqqında reportaj
yayımlamışdır
"Euronews" telekanalı Azərbaycanın İvanovka kəndində yaşayan malakanlar haqqında geniş reportaj təqdim etmişdir. AzərTAc xəbər verir ki, süjetdə malakanların ilk evlərinin 1834-cü ildə Azərbaycanın İsmayıllı rayonunda tikildiyi qeyd olunur.
Bildirilir ki, İvanovka kəndinin əhalisi etnik ruslardan ibarətdir və malakan icmasının yaşadığı ərazilərdən biridir. Reportajda malakanların tarixi və həyat tərzi barədə geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, onlar dua etmək üçün toplaşanda nəinki videokamera, hətta mobil telefon belə gətirmək qadağandır. "Euronews"un əməkdaşlarına münasibətdə bu məsələ istisna təşkil etmişdir. İvanovkanın yaşlı sakinlərindən biri Matvey Ermolov bildirmişdir ki, birgə dua etmək üçün yığışmaq, həmçinin icmanın görüş anıdır. Bura toplanmaq həm də məsələlərin birgə həllini tapmaq üçün səbəbdir.
Telereportajda qeyd olunur ki,
İvanovkada sanki zaman donmuşdur. Çünki
demək olar ki, hər bir
malakanın evində soba vardır. Bu, gözəllik
üçün deyil,
ənənəvi dadlı
yeməkləri bişirmək
üçündür. Heç bir ailəvi və bayram toplantıları "əriştəsiz"
keçmir.
Teleyayımda Valentina Serebrannikova "Euronews"un müxbirlərinə
"əriştə" təklif
edir.
Reportajda məhz İvanovkada Azərbaycanda sovet dövründən qalan yeganə kolxozun fəaliyyət göstərdiyi
xüsusi vurğulanır. İvanovka sakini
İvan Novoselsev telekanala müsahibəsində
bütün ömrü
boyu kolxozda işlədiyini bildirmişdir.
Təqaüdə çıxdıqdan sonra o, arıçılıqla
məşğul olur.
Süjetdə xüsusi qeyd olunur ki, İvanovka
sakinləri tarixi ənənələrinə çox
sadiqdirlər, eyni zamanda, dəyişikliklərdən
də qorxmurlar.
Azərbaycan.-2014.-
18 aprel.- S.7.