Kolumbiya Respublikasının Prezidenti
zati-aliləri
cənab Xuan Manuel Santosa
Hörmətli
cənab Prezident!
Böyük
yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya
Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Bu əvəzsiz
itki ilə əlaqədar kədərinizi
bölüşür, Sizə, mərhumun ailəsinə,
bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə
başsağlığı verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 aprel 2014-cü il
Azərbaycan.-2014.-
19 aprel.- S.1.