Bakıda Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın Azərbaycan

Milli Komitəsinin təsis edilməsi ilə bağlı təşəbbüs toplantısı keçirilmişdir

 

Aprelin 18-də Abidələr Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) Azərbaycan Milli Komitəsinin təsis edilməsi ilə bağlı təşəbbüs toplantısı keçirilmişdir.

Tədbirdə İCOMOS-un prezidentinin rəhbərliyi ilə geniş nümayəndə heyəti, beynəlxalq yerli ekspertlər iştirak etmişlər.

Toplantıda mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mövcud olan tarixi abidələr mədəni irs nümunələri barədə məlumat verərək bildirmişdir ki, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, İçərişəhər, Qobustan dünyada Azərbaycanın milli irsinin gözəl nümunələridir.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Atəşgah, Yanardağ, Avey, Keşikçidağ kimi bir neçə qoruğun yaradıldığını qeyd edən nazir vurğulamışdır ki, milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı iləDaşınmaz tarix mədəniyyət abidələrinin bərpası, qorunması, tarix mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı  təsdiq olunmuşdur. Bu proqrama uyğun olaraq milli mədəni irsimiz ölkəmizin əsas sərvəti hesab olunur onun qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulmuşdur.

Azərbaycan nümunəsinin artıq beynəlxalq səviyyədə kifayət qədər tanındığını qeyd edən nazir bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə nəinki ölkəmizdə, eyni zamanda, xaricidə tarixi abidələrin bərpasına, konservasiyasına, saxlanmasına diqqət yardım göstərilir. Mədəni irs nümunələrinin qorunması istiqamətində aparılan bu mühüm işlər beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırır.

Azərbaycanda tarixi abidələrin qorunmasına, qoruqların fəaliyyətinə diqqət yetirildiyi vurğulanaraq diqqətə çatdırılmışdır ki, inkişaf trendinin böyük olduğu ölkəmizdə tarixi abidələrlə müasir tikinti proqramları arasında müəyyən ziddiyyət yarandıqda bu işə mütəxəssislər cəlb olunur hər bir məsələyə həssaslıqla yanaşılır.

Qeyd edilmişdir ki, bu gün Azərbaycanda tarixi abidələrin vəziyyəti yenidən təhlil edilir, aşkara çıxarılan tarixi abidələrin konservasiyası, fəaliyyəti, köçürülməsi, saxlanması təqdim olunması üçün lazımı təkliflər hazırlanır.

Əbülfəs Qarayev qeyd etmişdir ki, bu toplantı Azərbaycan ilə İCOMOS arasında münasibətlərin yeni mərhələyə yüksəlməsinə təkan verəcəkdir.

Tədbirdə Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla humanitar sahələr üzrə əməkdaşlıqda böyük fəallıq göstərdiyi ölkəmizin dünya miqyasında bu sahədə böyük potensiala malik ölkə kimi tanındığı vurğulanmışdır.

Sonra İCOMOS-un yaranması fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

UNESCO-nun Dünya İrsi Mərkəzinin məşvərətçi orqanı olan 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni 12 min nəfərə yaxın fərdi üzvü özündə birləşdirən İCOMOS memarlıq arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır.

İCOMOS-un təklifi UNESCO-nun Baş Assambleyasının tövsiyələri əsasında 18 aprel hər il dünyada Beynəlxalq Abidələr Tarixi Yerlər Günü kimi qeyd edilir. Bunun əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunun təbliğinə nail olmaq bu irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

Daha sonra çıxış edən ICOMOS-un prezidenti Qustava Araoz qeyd etmişdir ki, biz mədəni irs sahəsində Azərbaycan ilə birgə fəaliyyət göstərməyə, tarixi abidələrin qorunmasında əməkdaşlıq etməyə, ölkənizlə təcrübəmizi paylaşmağa hazırıq. Qonaq bildirmişdir ki, Azərbaycan İCOMOS-a üzv qəbul edildikdən sonra təşkilatın əhəmiyyətli tərəfdaşı olacaqdır.

İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev tədbir iştirakçılarını 18 aprelBeynəlxalq Abidələr Tarixi Yerlər Günü münasibətilə təbrik edərək demişdir ki, İCOMOS-un Azərbaycan Milli Komitəsinin təsisi üzrə təşəbbüs ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir tezliklə öz bəhrəsini verəcəkdir.

Qeyd edilmişdir ki, son illərdə tarixi abidələrimizin bərpası qorunması sahəsində ölkədə, o cümlədən İçərişəhərdə onun ərazisində yerləşən dünya əhəmiyyətli tarixi abidələrdə genişmiqyaslı işlər aparılır. Bütün bunlar Prezident İlham Əliyevin xalqımızın milli mədəni irsinə diqqəti qayğısı sayəsində mümkün olmuşdur.

Vurğulanmışdır ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Azərbaycanın, o cümlədən zəngin tarixi-memarlıq irsimizin incilərindən biri olan İçərişəhərin mədəni sərvətlərinin qorunub saxlanması təbliğində çox böyük rol oynayır.

Diqqətə çatdırılmışdır ki, İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi onun bəşəri dəyər kimi qəbul edilməsi ilə yanaşı, eyni zamanda, böyük şəbəkənin üzvü qismində bizə bu sahədə dünyanın təcrübəsinin öyrənilməsi ilə tətbiq olunması imkanını yaradır.

İdarə sədri qoruğun fəaliyyəti, idarə olunması, burada yerləşən tarixi-memarlıq abidələrinin qorunması, İçərişəhərin dünya miqyaslı turizm obyektinə çevrilməsi, həmçinin bərpası konservasiyası istiqamətində aparılan işlərdən danışmışdır.

Samir Nuriyev İCOMOS-un açıq məlumat bazası, tövsiyə xarakterli sənədləri, elmi komitələrinin nəşrlərini və digər materiallarını mütəmadi olaraq izlədiklərini söyləyərək bildirmişdir ki, bu məlumatlar işimizin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması baxımından istinad mənbəyimizdir.

Diqqətə çatdırılmışdır ki, İCOMOS-un Azərbaycan Milli Komitəsinin təsis edilməsi abidələrin və tarixi yerlərin konservasiyası və istifadəsi sahəsində yerli ekspertlər sistemini gücləndirəcək, eyni zamanda, bu sahədə beynəlxalq şəbəkənin zənginləşdirilməsinə və müvafiq olaraq məlumat mübadiləsinə öz töhfəsini verəcəkdir.

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə Azərbaycanın tarixi abidələrlə çox zəngin ölkə olduğunu vurğulayaraq respublikamızda tarixi abidələrin qorunması istiqamətdə ardıcıl işlər aparıldığını demişdir. Bildirmişdir ki, Azərbaycan Memarlar İttifaqı son vaxtlar tarixi irsin qorunmasına daha çox diqqət yetirir.

Romualdo del Bianko Fondunun prezidenti Paolo del Bianko mədəni irsin qorunması sahəsində əməkdaşlığın mədəniyyətlərarası dialoqa, müxtəlif mədəniyyətli bəşəriyyətin inkişafına töhfə verəcəyini söyləmişdir.

Fondun prezidenti qeyd etmişdir ki, İCOMOS-un Azərbaycan Milli Komitəsinin təsis edilməsi bu ölkənin tarixi və mədəni irsinin mühafizəsində mühüm rol oynayacaqdır.

Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın baş katibi xanım Kirsti Kovanen İCOMOS-un Azərbaycan Milli Komitəsinin təsis edilməsi istiqamətində ölkəmiz tərəfindən görülən işlərdən danışmış və bu təşəbbüsü yüksək qiymətləndirmişdir.

Sonra tədbir öz işini işçi hissə ilə davam etdirmişdir.

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyevin moderatorluğu ilə keçən işçi hissədə beynəlxalq ekspertlərin məruzələri dinlənilmişdir.

 

Azərbaycan.-2014.- 19 aprel.- S.6.