“Bakı 2015” Oyunları Akademiyası fəaliyyətə başlamışdır

 

“Bakı 2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) “Bakı 2015” Oyunları Akademiyası təşəbbüsünün irəli sürülməsindən qürur hissi duyur və hazırda məzun təlim proqramı üçün ərizələrin qəbuluna başlayır.

Oyunlar Akademiyasının yaradılmasında məqsəd çevik öyrənmə üsulları ilə birgə Azərbaycan və bütün Avropadan olan universitet məzunlarının bu təlim proqramında iştiraklarını təmin etmək, yerli qrup üzvlərinin bacarıq və oyunlarla bağlı biliklərini artırmaqdır.

Hər iki proqram Oyunlar Akademiyasına Azərbaycanda potensial və dəyərli yerli irsin formalaşmasına dəstək olmaq imkanı verəcəkdir.

Bu nadir təşəbbüsü Avropa Olimpiya Komitəsi (AOK) dəstəkləyir.

Azərbaycanın gənclər və idman naziri və “Bakı 2015” İlk Avropa Oyunlarının icraçı direktoru Azad Rəhimov məzun təlim proqramını şərh edərkən bildirmişdir ki, bu, Azərbaycandan və bütün Avropa ölkələrindən olan gənclərə “Bakı 2015” ilk Avropa Oyunlarının uğurlu keçməsinə yardım göstərmələri üçün yaradılan imkandır. Biz bu cür gənc məzunların yolunu gözləyirik və onlara ilk karyera uğurlarını dünyanın möhtəşəm idman tədbirinin təşkilində qazanmaları üçün kömək göstərəcəyik. Biz 2012-2014-cü illər arasında məzun olmuş istedadlı və həvəsli gəncləri məzun təlimi proqramına müraciət etməyə dəvət edirik.

İlk Avropa Oyunlarında təcrübə toplamaqöz istedadlarını artırmaq imkanı yaradan bu proqram 199 namizədi (Azərbaycan universitetlərindən 150 nəfər və oyunlarda iştirak edəcək ölkələrin Milli Olimpiya komitələrindən bir nəfər olmaqla 49 nəfər) əhatə edəcəkdir.

Proqrama üç həftəlik intensiv təlim daxil ediləcək və bundan sonra iştirakçıların üzərinə bir il müddətində oyunları planlaşdırmaq və həyata keçirmək kimi real öhdəlik qoyulacaqdır. Onlara bu işdə beynəlxalq ekspertlərdən ibarət liderlər və təlimçilər yardım edəcək və namizədlər sınaq tədbirlərində və oyunların keçiriləcəyi vaxt ərzində geniş təcrübə toplayacaqlar.

Yerli BAOƏK qrupu, həmçinin çevik öyrənmə üsulu təşəbbüsündən yararlanacaqbu təşəbbüs onları tədbirin idarə edilməsi və çoxsaylı idman tədbirləri üzrə əsas bacarıq və hazırlıq kursları ilə təmin edəcəkdir. Bu kursları təcrübəli qrup üzvləri keçirəcək və namizədlər oyunlarla bağlı yerinə yetirəcəkləri vəzifələrə hazırlıqlı olacaqlar.

Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hiki qeyd etmişdir ki, “Bakı 2015” Oyunlar Akademiyası “Bakı 2015” ilk Avropa Oyunlarının irəli sürdüyü tam yeni innovativ ideyadır, Azərbaycandan və Avropanın istənilən yerindən olan gənclər üçün çox faydalı olacaqdır. Bu Akademiya AOK və BAOƏK-in idmanın idarə edilməsi ilə bağlı yüksək təcrübə nümayiş etdirmək məqsədilə ilk Avropa Oyunları üçün eyni missiyanı paylaşmasının bir nümunəsidir. Mən xüsusi olaraq Avropa Milli Olimpiya komitələrinin bu Akademiyanın bir hissəsi olmaq üçün dəvət edilməsi təşəbbüsündən məmnunam. Əminəm ki, məzun təlimi proqramındakı 199 gənc oyunların təşkilatçılarına və AOK-a faydalı şəkildə yardım göstərəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi “Bakı 2015” Oyunları Akademiyasının təşkil olunması ilə bağlı demişdir ki, Fond Azərbaycan Prezidentinin himayəsi altında “Bakı 2015” Oyunları Akademiyasının inkişafına yardım etməkdən şərəf duyur və inanır ki, bu innovativ təşəbbüs gənclərimizi həvəsləndirəcək və inkişafına dəstək verəcək olduqca möhtəşəm və uzun müddət davam edəcək bir addımdır.

Oyunlar Akademiyasının məsul şəxsi Gavin McAlpine demişdir ki, Akademiyanın irimiqyaslı tədbirlər sahəsində nadir bir hadisə olacağına inanırıq. İlk dəfə olaraq bu cür irimiqyaslı tədbirdə insanlar korporativ təşkilatlarda gələcək karyeralarını müəyyən edəcək bilik və təcrübə əldə edə biləcəklər.

Gələcək nəsillərə geniş imkanlar yaratmaq, karyeranızda irəliləyiş əldə etmək və digər proqramlara bənzəməyən məzun təlimi proqramının bir hissəsi olmaq istəyirsinizsə http://www.baku2015.com/en/gamesacademy internet saytında məzun təlimi proqramına müraciət edə bilərsiniz.

Ərizələr cari il mayın 8-dək qəbul edilir.

 

Azərbaycan.-2014.- 19 aprel.- S.8.