Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmişBakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nda  dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 107            Bakı şəhəri,18 aprel 2014-cü il

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 838-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 225 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 561; 2012, ¹12, maddə 1345) ilə təsdiq edilmişBakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.8-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 20 aprel.- S.1.