“Qonaq qonağı sevər,
ev yiyəsi hər ikisini”
Ölkə
rəhbərinin 2011-ci ili “Turizm ili” elan etməsi ilə
respublikanın turizm bazarında canlanma yarandı. Turizmin
inkişafına təkan verən bu sərəncamın
uğurlu nəticəsi idi ki, ölkəyə turist
axını daha da gücləndi, səyahət-istirahət
istiqamətlərində
uğurlu yeniliklərə imza atıldı. Paytaxt və
regionlarda keçirilən beynəlxalq tədbirlərin
turizmin inkişafında oynadığı əvəzsiz rolu
bir fakt kimi əsas tutaraq deyə
bilərik ki, Azərbaycan öz qonaqlarına qüsursuz
xidmətin ən gözəl nümunəsini göstərdi.
Bu reallıq Dövlət Statistika Komitəsinin 2013-cü il
üçün hazırladığı əvvəlki illərlə
müqayisəli təhlilində statistik rəqəmlərdə
də öz əksini tapıb.
Belə
ki, komitənin yaydığı məlumata görə,
2013-cü ildə əvvəlki illə müqayisədə
mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş
şəxslərin sayı 6,6 faiz artaraq 666,3 min nəfər
olub. Onların da 59,3 faizi xarici ölkə vətəndaşlarıdır.
Mehmanxana
və mehmanxana tipli müəssisələrdə müvəqqəti
yerləşmə xidmətindən yararlananların əsas
hissəsi (82,1 faiz) turizm məqsədilə səfər edənlər
olub. Turistlərin 41,4 faizi istirahət və əyləncə,
42,6 faizi işgüzar məqsədlə səfər edib.
İstirahət və əyləncə məqsədilə
Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası,
Xaçmaz, Quba, Qəbələ, Şəki, Şamaxı,
Balakən, Mingəçevir, Masallı, Lənkəran,
İsmayıllı və Lerikə səfər edənlərin
sayı daha çox olub.
2013-cü
ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə
395,5 min nəfər xarici ölkə vətəndaşı
gecələyib. Onların əsas hissəsini Rusiya,
Böyük Britaniya, Türkiyə, Amerika Birləşmiş
Ştatları, Almaniya, İran, Ukrayna, Gürcüstan, Fransa,
Çin, İtaliya və Qazaxıstan vətəndaşları
təşkil edib.
Mehmanxanalarda
qalan əcnəbilərin 79,1 faizi ölkəmizə turizm məqsədilə
səfər edib. Ötən illə müqayisədə bu
müəssisələrin xidmətlərindən istifadə
edən Rusiya, ABŞ, Gürcüstan, Fransa, Hindistan,
İsveç, İtaliya, Türkiyə, İran, Niderland,
Kanada Norveç, Ukrayna, Qazaxıstan və Rumıniya vətəndaşlarının
sayında daha çox artım müşahidə olunub.
Komitənin
yaydığı son statistik məlumatlara görə, ötən
il Azərbaycanda fəaliyyət göstərən mehmanxana və
mehmanxana tipli müəssisələrin gəlirlərində
də artım müşahidə olunur. Belə ki, onların gəlirləri
2012-ci illə müqayisədə 11,2 faiz artaraq 171,3 milyon
manata çatıb. Gəlirlərin 64,7 faizi nömrələrin
satışından, 23,4 faizi içkilər də daxil
olmaqla, qida məhsullarının satışından, qalan hissəsi isə digər xidmətlərin
göstərilməsindən əldə edilib. Müəssisələrin
xərcləri 31,4 faiz artaraq 145,5 milyon manat təşkil edib.
Qeyd edək ki, 2013-cü ildə ölkədə 530 mehmanxana
və mehmanxana tipli müəssisə fəaliyyət göstərib.
2013-cü
ildə ölkə üzrə mehmanxana və mehmanxana tipli
müəssisələrin yüklənmə səviyyəsi
13,5 faiz təşkil edib. Bu göstərici Bakıda,
Naxçıvan Muxtar Respublikasında, Ağstafa, Qəbələ,
Masallı, Xaçmaz, Lənkəran, Quba, Şamaxı, Qax,
Qusar, Şəki və digər rayon və şəhərlərdə
nisbətən daha yüksək olub.
Prezident
İlham Əliyevin müasir dünyanın diqqət mərkəzində
duran turizm sahəsinə xüsusi qayğı ilə
yanaşdığı bir zamanda sadalanan uğurların
qısa müddət ərzində qazanılması səmərəli
fəaliyyət göstəricisi kimi bir örnəkdir. Bir
zamanlar belə bir deyim var idi: “Qonaq qonağı sevməz, ev
yiyəsi heç birini”. Ölkədə turizmin
inkişafı və Azərbaycan qonaqpərvərliyi fonunda bu
deyimin dəyişərək “Qonaq qonağı sevər, ev
yiyəsi hər ikisini” kimi səslənməsi reallığa
uyğundur.
Məmməd
AĞAYEV,
Azərbaycan.-2014.- 20 aprel.- S.8.