Fransa şirkətləri Azərbaycan
iqtisadiyyatının
müxtəlif sahələrində
uğurla fəaliyyət göstərir
İqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə
olan Fransanın “Air Liquide Group VP” şirkətinin
vitse-prezidenti Kristof Fonteyn ilə
görüşmüşdür.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşdə Şahin Mustafayev Azərbaycan və
Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini,
fransız şirkətlərinin ölkəmizin
iqtisadiyyatının müxtəlif sahələrində
uğurla fəaliyyət göstərdiyini qeyd etmişdir.
2014-cü
ilin Azərbaycanda “Sənaye ili” elan edildiyini diqqətə
çatdıran nazir Şahin Mustafayev ölkəmizdə
qeyri-neft sektorunun, o cümlədən sənayenin
inkişafının prioritet istiqamətlərdən
olduğunu vurğulamışdır. Bildirmişdir ki,
hazırda Azərbaycanda sənayenin müxtəlif istiqamətləri
üzrə müasir texnologiyalara əsaslanan müəssisələr
fəaliyyət göstərir və belə müəssisələrin
yaradılması istiqamətində işlər davam etdirilir.
Bundan əlavə, ölkəmizdə bir sıra sənaye
parkları yaradılır, eləcə də Sumqayıt Kimya
Sənaye Parkının təşkili istiqamətində
müvafiq işlər həyata keçirilir. Azərbaycan sənaye
parklarına xarici investisiyaların cəlb edilməsində
maraqlıdır. Qeyd edilmişdir ki, Sumqayıt Kimya Sənaye
Parkında investorlar üçün əlverişli sərmayə
mühiti yaradılmışdır və bir sıra güzəşt
mexanizmləri tətbiq edilir.
“Air
Liquide Group VP” şirkətinin vitse-prezidenti Kristof Fonteyn təmsil
etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək
şirkətin sənaye qazlarının istehsalı sahəsində
ixtisaslaşdığını vurğulamışdır.
Bildirilmişdir ki, dünyanın 80 ölkəsində fəaliyyət
göstərən şirkət Azərbaycan ilə əməkdaşlığa,
eləcə də ölkəmizdə yaradılan sənaye
parklarına maraq göstərir.
Görüşdə
əməkdaşlıq imkanları barədə fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.-2014.- 20 aprel.- S.2.