Rabitə və yüksək texnologiyalar
naziri Astarada vətəndaşları
qəbul etmişdir
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyələrinə
uyğun olaraq mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri tərəfindən
bölgələrdə vətəndaşların qəbulu
davam etdirilir.
AzərTAc xəbər verir ki, aprelin 19-da rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Astara şəhərində Lənkəran, Lerik, Astara, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı 40 nəfər vətəndaşın şikayət və müraciətləri dinlənilmişdir.
Qəbulda vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə qarşıya çıxan çətinliklər, işə qəbul, əmək haqqının artırılması ilə bağlı müraciət etmişlər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınmışdır.
Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə müsahibəsində bildirmişdir ki, Azərbaycanda hazırda fəaliyyət göstərən hər 3 mobil operatorla internet xidmətlərində qiymətlərin aşağı salınması ilə bağlı razılıq əldə edilmişdir.
Ə. Abbasov, həmçinin
kommersiya məqsədilə Fransanın bir peykinin “Azərkosmos”la
birgə kosmosa buraxılması ilə
bağlı danışıqların
aparıldığını da diqqətə
çatdırmışdır.
Azərbaycan.-2014.- 20 aprel.- S.4.