Azərbaycan Prezidenti İlham Əliyev
Qazaxıstanın
müdafiə nazirini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də
Qazaxıstan Respublikasının müdafiə naziri Serik
Axmetovu qəbul etmişdir.
Müdafiə
naziri Serik Axmetov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin
salamlarını və ən xoş arzularını dövlətimizin
başçısına çatdırdı.
Görüşdə
Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin
müxtəlif istiqamətlərdə, o cümlədən
siyasi, iqtisadi, enerji və digər sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı, Qazaxıstanın
müdafiə naziri Serik Axmetovun Azərbaycana səfərinin
müdafiə sahəsində də əməkdaşlığımızın
genişləndirilməsi işinə xidmət edəcəyinə
əminlik ifadə olundu.
Prezident
İlham Əliyev Prezident Nursultan Nazarbayevin salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Qazaxıstan dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2014.- 22 aprel.- S.1.