Azərbaycan gəncliyi Heydər Əliyev irsinə sadiqdir

 

Bu gün yeniləşən, daxili abadlıq-quruculuq işlərini intevsivləşdirən, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən, müasir beynəlxalq münasibətlər sistemində layiqli yeri tutan, Avrasiya geostrateji məkanında geosiyasi və geoiqtisadi proseslərdə aparıcı rol oynayan Azərbaycanın uğurlarından söz düşərkən, eyni ruhda onun inkişaf edən gəncliyi haqqında da danışırıq. Faktdır ki, hazırda Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə töhfəsini verir.

Bununla yanaşı, Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Bu mənada, müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olub.

Azərbaycan xalqının böyük dövlətçilik tarixi var və ölkəmizin yerləşdiyi coğrafiyada epoxanın hər bir mərhələsində aparıcı güc kimi sözümüzü demişik. Lakin təəssüflər olsun ki, tarixin ironiyası nəticəsində Azərbaycan torpaqları bölüşdürüldü, parçalandı, hətta xalqımız mövhumata, cahilliyə sürükləndi. İmkan verilmədi ki, Azərbaycan xalqı yenidən ayağa qalxsın, müasir dövrün çağırışlarına cavab verən təhsil alsın, özünün müstəqilliyini elan edib dünyada sözünü desin və maraqlarını müdafiə etsin. Gülüstan və Türkmənçay müqavilələrindən ötən 140 il ərzində Azərbaycan gəncləri arasından öz enerjisini xalqına həsr edəcək siyasətçinin, hərbçinin, rejissorun, yazıçının çıxmasına imkan verilmədi. Yetişən ziyalılarımız isə bir-bir məhv edilirdi. Belə bir vəziyyətdə Azərbaycan xalqının gələcəyi sual altına düşürdü. Lakin 1969-cu ildə Azərbaycanda rəhbərliyə gələn ümummilli lider Heydər Əliyev bütün əks proseslərin qarşısını aldı və xalqını böyük fəlakətlərdən xilas etdi.

Həmin dövrdən başlayaraq ulu öndər Heydər Əliyev Azərbaycanın möhkəm əsaslarının formalaşdırılması və ölkənin kadr potensialının gücləndirilməsi üçün gənclərlə işə böyük önəm verdi. Azərbaycan gəncləri perspektiv inkişafın əsaslarını təşkil edən mühüm prosesləri dərindən mənimsəmək üçün o zamanki nüfuzlu ali təhsil məktəblərində təhsil almağa, tədqiqat işləri aparmağaelmi adlar qazanmağa göndərildi. Qısa müddət ərzində Azərbaycan gəncləri ölkənin aparıcı qüvvəsinə çevrilməyi bacardı. Ümummilli lider Heydər Əliyev məqsədyönlü fəaliyyətilə 140 il ərzində xalqımıza qadağan olunan keyfiyyətləri qazandırdı, ziyalılarımızı "terror maşınından" xilas etdi və gələcək inkişaf üçün möhkəm özül, peşəkar kadr potensialı formalaşdırdı.

Lakin təəssüf hissilə demək lazımdır ki, müstəqilliyimizin bərpasından sonrakı  ilk illərdə Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların siyasi oyunlarının qurbanına çevrildi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, reketçiliklə məşğul olan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri hərbi-siyasi oyunların alətinə çevirirdi. Gənclər təhsil, elm prosesindən kənarlaşdırılırdı, cəmiyyət üçün yararlı deyil, əksinə, təhlükəli qüvvəyə çevrilirdi. AXC-Müsavat hakimiyyəti dövlətçiliyin qorunması və torpaqlarımızın Ermənistan işğalından müdafiə edilməsi istiqamətində döyüşlərə atıldığı zaman onları siyasi oyunların alətinə çevirməklə Bakıda qardaş qanı tökməyə yönləndirirdi. Bu isə Azərbaycanın perspektivini sual altında alırdı və dövlətçiliyi məhvə doğru aparırdı.

Amma 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycan dövlətçiliyini və gəncliyimizi xilas etdi. O, gənclərin enerjisini, həvəsini və gücünü görərək onların Azərbaycan dövlətçiliyinin qorunması və gücləndirilməsi yönünə istiqamətləndirdi. Məhz, ümummilli lider Heydər Əliyevin hələ 1969-1982-ci illərdə keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərdiyi yüzlərlə azərbaycanlı gənc müstəqilliyimizin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynamağa başladılar.

Elə ikinci dəfə hakimiyyətə gələndən sonra da dərhal gənclərlə işə başlayan ümummilli lider Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu. Gənclərlə prioritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında fəal iştirak etməyə başladılar. Paytaxtregionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara start verildi.

"Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir" - deyən ulu öndər Heydər Əliyev Gənclər və İdman Nazirliyinin əsasını qoydu, 1996-cı ildən başlayaraq, gənclərin forumları təşkil edildi, 1997-ci ildə imzalanan sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi. Bununla yanaşı, "Dövlət gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında" fərmanlar, sərəncamlar qəbul edilmiş "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc ailə", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadis. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan təxris olunmuş gənclərin məşğulluğu", "Gənclər siyasəti haqqında" proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi.

"Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - deyən və 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini şaxələndirərək yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illərdə)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edildi, 2007-ci il ölkədə "Gənclər ili" elan edildi, həmçinin gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzi, Gənclər Fondu, Gənclər Evi və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində Gənclərlə sektoru yaradıldı. Bunlar da təbii ki, gəncliyin inkişafına, onların daha həvəslə çalışmasına və dövlətçiliyimizin müdafiəsində fəal iştirakına əlavə stimul verdi. Elə gənclərimizin həm Azərbaycanda, həm də xaricdə xüsusi fəallıq nümayiş etdirməsi faktını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın timsalında əyani şəkildə görürük. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasından olan gənclərin müxtəlif vəzifələrə irəli sürülməsi də bir daha gəncliyimizə olan diqqət və qayğının bariz nümunəsidir.

Bir sözlə, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat, siyasət, ictimai və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Çünki müasir Azərbaycanın gəncləri fəaliyyətlərini dövlətçiliyə təmənnasız xidmət prinsipləri üzərində qururonlar keçmişi unutmur, gələcəyi parlaq görürlər. Bu mənada, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev irsinə sadiqdirbiz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, antiazərbaycançı dairələrin dəstəyilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacaq.

 

Ramil VƏLİBƏYOV,

YAP Nizami rayon təşkilatının Aparat rəhbəri

Azərbaycan.-2014.- 22 aprel.- S.3.