Təhsil naziri
İsmayıllı şəhərində vətəndaşları
qəbul etmişdir
Prezident
İlham Əliyevin tövsiyə və
tapşırıqlarına əsasən, mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşları qəbul edir, onların müraciətlərinin,
şikayət və təkliflərinin operativ həlli
üçün konkret tədbirlər görürlər.
AzərTAc
xəbər verir ki, növbəti belə bir qəbul aprelin
21-də İsmayıllıda təhsil naziri Mikayıl Cabbarov
tərəfindən keçirilmişdir.
Nazirliyin
müvafiq struktur rəhbərlərinin iştirakı ilə
İsmayıllı şəhərindəki Heydər
Əliyev Mərkəzində keçirilən qəbulda
İsmayıllı, Şamaxı, Ağsu və Qobustan
rayonlarından olan vətəndaşların müraciətləri
dinlənilmişdir.
Qəbula
gələnlər əsasən işə qəbul,
diplomların tanınmasında yaranmış problemlər, təhsil
haqqı, xaricdə təhsil, məktəb və uşaq
bağçalarının tikintisi, təmiri və sair məsələlərlə
bağlı müraciət etmişlər.
Hər
bir müraciət nazir tərəfindən diqqətlə dinlənilmiş,
bir çoxu yerindəcə həll olunmuşdur. Bir sıra
müraciətlərin araşdırılaraq həll
olunması üçün müvafiq qurumlara konkret
tapşırıqlar verilmişdir.
Vətəndaşlar
səmimi münasibətdən və yaradılmış
şəraitdən razılıqlarını ifadə
etmiş, yerlərdə bu cür qəbulların keçirilməsinin
təşəbbüskarı və təşkilatçısı
olan Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını
bildirmişlər.
Həmin gün nazir M. Cabbarov təhsilə
cəlb edilən sağlamlıq imkanları məhdud uşaqlarla görüş
keçirmiş, onların təhsili, cəmiyyətə
inteqrasiyası, elektron resurslardan
istifadə imkanları ilə maraqlanmış, bu sahədə konkret
tapşırıqlar vermişdir.
Sağlamlıq imkanları məhdud olan
17 şagirdə nootbuklar hədiyyə edilmişdir.
Azərbaycan.-2014.- 22 aprel.- S.6.