«Dövlət qulluqçularının icbari sığortası haqqında»

 Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli qanununu nəzərə alaraq qərara alır:

"Dövlət qulluqçularının icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 247; 2003, ¹ 12 (I kitab), maddə 671; 2005, ¹ 8, maddə 692; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹6, maddə 399) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 4 aprel 2014-cü il

Azərbaycan.-2014.- 23 aprel.- S.1.