Moskvada «Gülüstan
yolu...» tarixin
çala-çuxurlarına
səyahət»
kitabının təqdimatı olmuşdur
Rusiya Elmlər Akademiyasının Mərkəzi Alimlər Evində tanınmış tarixçi Oleq Kuznetsovun "Gülüstan yolu..." tarixin çala-çuxurlarına səyahət" ("Doroqa na QulistanE": puteşestviye po uxabam istorii") kitabının təqdimatı olmuşdur.
O.Kuznetsovun bu
monoqrafiyası Oleq Ayrapetov,
Mixail Volxonski və Vadim Muxanovun 2013-cü ildə
Beynəlxalq Ən Yeni Dövlətlər
İnstitutu tərəfindən nəşr
edilmiş "Gülüstan
yolu... XVIII əsrin ikinci
yarısı-XIX əsrin ilk 25 ili ərzində Rusiyanın Qafqazda
siyasəti tarixindən" ("Doroqa na Qulistan... İz istorii rossiyskoy politiki na Kavkaze vo
vtoroy polovine XVIII - pervoy çetverti XIX
v.") kitabına resenziyadır.
Oleq Kuznetsov təqdimat mərasimində çıxış
edərək bildirmişdir
ki, müqəddiməsi,
yekun nəticəsi və tarixi faktların təhlili, habelə məqsəd və vəzifələri
olmayan "Gülüstan
yolu... XVIII əsrin
ikinci yarısı -
XIX əsrin ilk 25 ili ərzində Rusiyanın Qafqazda siyasəti tarixindən" kitabı
heç bir elmi dəyər kəsb etmir. Kitabın müəllifləri peşəkar
tarixçidən daha
çox təbliğatçı
rolunda çıxış
edərək tarixi saxtalaşdırmışlar. O.Kuznetsov demişdir: "Məsələn, müəlliflər
general Yermolovun Qafqaz canişini knyaz Vorontsova məktublarını
Qafqaz Arxeoqrafiya Komissiyasının sədri
Adolf Berjenin əsərləri
kimi təqdim edirlər. Daha bir fakt - XIX
əsrin sonlarında
general-leytenant Bobrovski
İrəvan leyb-qrenadyor
alayı haqqında beşcildlik əsər nəşr etdirmişdir.
Beynəlxalq Ən Yeni Dövlətlər İnstitutunun
nəşr etdiyi əsərdə bu beşcildlik bir cilddən ibarət nəşr kimi təqdim olunur. Bundan əlavə, Rusiya Ali Qərargahının Zabitlər
Cəmiyyətinin rus hərbi qüvvələrinin
tarixindən bəhs edən 11 cildlik kitab da nəşrdə
bir cildlik kitab kimi verilmişdir.
Bütün bunlar müəlliflərin
müraciət etdikləri
mövzuya dair tarixi mənbələrlə
yaxşı tanış
olmadıqlarını göstərir".
Oleq Kuznetsov vurğulamışdır
ki, "Gülüstan
yolu... XVIII əsrin
ikinci yarısı -
XIX əsrin ilk 25 ili ərzində Rusiyanın Qafqazda siyasəti tarixindən" kitabının
müəllifləri həm
də Rusiyanın aparıcı universitetlərinin
əməkdaşlarıdır. Onların tələbələri gələcəkdə
Rusiya hakimiyyət orqanlarında məsul vəzifələr tutacaqlar
və taleyüklü
məsələlərin həllində
iştirak edəcəklər.
O.Kuznetsov demişdir:
"Təəssüf ki,
həmin tələbələr
mühüm qərarlar
qəbul edərkən
tarixi faktlara deyil, bu kitabın
müəlliflərinin uydurmalarına
əsaslanacaqlar. Məhz
buna görə də mən "Gülüstan yolu... XVIII əsrin ikinci
yarısı - XIX əsrin
ilk 25 ili ərzində
Rusiyanın Qafqazda siyasəti tarixindən"
kitabındakı saxtakarlığı
üzə çıxarmağı
özümə borc bilmişəm. Mənim monoqrafiyam
ilk növbədə Rusiya
tarixinin saxtalaşdırılmasına
qarşı yönəldilmiş
cavabdır". Tarixçi həmçinin
vurğulamışdır ki,
araşdırılan əsərdə
tarixi faktlar bilərəkdən saxtalaşdırılmışdır.
Qeyd edək
ki, O.Kuznetsovun monoqrafiyasında tutarlı
və əsaslandırılmış
təkziblərlə yanaşı,
VIII əsrin sonları
- XIX əsrin əvvəllərində
Rusiya imperiyasının
Qafqazda siyasətinə
dair elmi və tarixi mənbələrin geniş
siyahısı da yer almışdır.
Təqdimat mərasimində Rusiya elmi dairələrinin və ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər
iştirak etmişlər.
Xatırladaq ki, tarix elmləri
namizədi Oleq Kuznetsov Ali Sosial İdarəetmə Konsaltinqi
Məktəbinin prorektoru,
130-dan çox elmi əsərin müəllifidir. Ötən
il müəllifin
daha bir kitabı - "Qarabağ münaqişəsi "əfsanələri"
haqqında həqiqətlər"i
Moskvada təqdim edilmişdi.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2014.- 23 aprel.- S.7.