Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni
aerovağzal kompleksi istifadəyə
verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
açılışda iştirak etmişdir
Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.
Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılmışdır. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə tikilib istismara verilmişdir. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı aeroportunda yeni aerovağzal kompleksinin layihələndirilməsinə və tikintisinə başlanmışdır. Lakin bu layihənin həyata keçirilməsi yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra baş tutmuşdur. Beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksinin açılışı ulu öndər Heydər Əliyevin iştirakı ilə 1999-cu ildə olmuşdur. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.
Bununla paralel olaraq, ölkənin regionlarında da mülki aviasiya intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncədə, Zaqatalada və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur.
Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilmişdir. Hazırda AZAL-ın təyyarələri dünyanın onlarla ölkəsinə uçuşlar həyata keçirir.
Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın yüksəlişində də mühüm rol oynamışdır. Son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisidir.
2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və bu günlərdə tikintisi başa çatdırılan yeni aerovağzal kompleksi gözəlliyi və funksional keyfiyyətləri ilə seçilir. Dövlət başçısı bir neçə dəfə tikinti işlərinin gedişi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi.
Bildirildi ki, ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Nəhəng aviaşirkətlərdən birinə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının strateji əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Cahangir
Əsgərov yeni aerovağzal kompleksinin ilk rəmzi sərnişin
biletlərini dövlət başçısına və
xanımına təqdim etdi.
Aerovağzal
kompleksinin tikinti işləri üzrə baş əlaqələndiricisi
Martin Burns bildirdi ki, yeni aerovağzal kompleksinin inşası ən
yüksək standartlar səviyyəsində həyata
keçirilmişdir. Kompleksin həm gözəlliyi, həm də
buradakı texnologiya baxımından dünyada seçilən
aeroportlardan biri olacağını vurğulayan Martin BURNS dedi:
- Cənab
Prezident!
Hörmətli
qonaqlar, həmkarlarım!
Beş
ildən az vaxt öncə - bu cür möhtəşəm
yeni hava limanı terminalının texniki əsaslandırma
işlərinin başa çatdırılmasından sonra bu
cür tikintini qısa müddətdə layihələndirmək
və başa çatdırmaq həm texniki, həm də təkmil
konstruksiya və hava limanı sistemlərinin mürəkkəbliyi
baxımından demək olar ki, rekord sayıla bilər.
AZAL
üçün bu cür gözəl binanı yaratmaq məqsədilə
vahid komanda kimi işləmiş hər kəsə minnətdarıq.
Onlar ürəkdən çalışmış, peşəkarlığını,
səbrini və bacarıqlarını nümayiş
etdirmiş şəxslərdir. Əminəm ki, bu hava
limanı həm gözəlliyi, həm innovasiyaları ilə
beynəlxalq nüfuz qazanacaqdır.
Layihənin
uğurlu olmasına, həyata keçirilməsinə töhfə
vermiş və bu cür qətiyyətlə
çalışmış bütün şirkətlərə
AZAL adından minnətdarlığımı bildirmək istəyirəm.
Bizimlə işləmiş şirkətlər
aşağıdakılardır:
Tikinti
podratçısı kimi çıxış etmiş,
bütün inşaat işlərini aparmaq, "MEP" sistemlərini
və peşəkar hava limanı avadanlığını
"SITA" alt podratçısı vasitəsilə
quraşdırmış "MAPA" şirkəti.
Binanın
heyrətləndirici fasadının dizaynını vermiş və
tikmiş "WAAGNER-BIRO" şirkəti, memarlar Woods Bagot,
struktur, seysmik və "MEP" sistemlərin quruluşuna
cavabdeh mühəndislər Buro Happold, müsafirlərin
gördüyü və toxunduğu yeni innovativ interyer
dizaynını təmin etmiş AUTOBAN şirkəti,
müasir baqajların idarə edilməsi sisteminin dizaynı və
quruluşunu təmin etmiş "VANDERLANDE", sərnişinlərin
teleskopik traplara daxil olma platformalarını
quraşdırmış CAVAG, bütün lift və
eskalatorları təmin etmiş "SCHINDLER" şirkəti.
Əlavə
olaraq, biz aerovağzalın görünüşünün
mühüm hissəsini bu cür tərtib edən müəssisələr
adından bütün podratçılara öz təşəkkürümüzü
bildiririk.
Belə
bir mühüm layihədə iştirak etmək
hamımız üçün şərəf və iftixar
oldu.
AZAL-ın
təkliflərini, layihəyə dəstək vermiş heyətin
mühüm və dəyərli töhfəsini də yaddan
çıxarmırıq.
Azərbaycanın
bu cür qonaqpərvər təəssürat
bağışlayan qapılarının yaradılmasında
yorulmadan çalışan hər bir şəxsə səmimi
minnətdarlığımızı bildiririk.
Çox
sağ olun.
Aviasiyamızın
sürətli inkişafının ilk növbədə
dövlət başçısının diqqəti və
qayğısı nəticəsində mümkün
olduğunu bildirən Azərbaycan Dövlət Mülki
Aviasiya Administrasiyasının direktor müavini Hacıağa
ƏLİYEV dedi:
- Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra mülki aviasiyada
mühüm irəliləyişlər baş verdi. Ulu öndər
Heydər Əliyevin tövsiyələrinə əsasən, təyyarə
parkının müasirləşdirilməsinə istiqamət
götürüldü və beləliklə, çox
böyük olmayan vaxt ərzində - 1993-cü ildən
başlayaraq "Boeinq-727", "Boeinq-757",
"A-320", "Gulfstream", "ATR-72",
"EC-155", "S-92", son üç ildə "Agusta
-199" helikopteri, "Boeinq-767", "Boeinq-747-400",
"Embraer"-170/190", "A-340" hava gəmiləri Azərbaycanın
təyyarə parkına daxil edilmişdir və eyni zamanda,
onların texniki xidməti də təşkil olunmuşdur.
2014-cü ildə ən müasir, uçuş kütləsi
442 ton olan "Boeinq-747-8" təyyarəsinin gəlməsi
gözlənilir. "TU-134" və "TU-154" kimi
köhnəlmiş texnika artıq istismardan tam xaric
edilmişdir.
Belə
bir müsbət cəhəti də qeyd etmək
lazımdır ki, bu hava gəmilərini idarə edən
pilotların, kapitanların, gənc nəslin çox hissəsi
bizim Milli Aviasiya Akademiyasının müdavimləridir.
Akademiyamız pilotlardan əlavə, aviasiyanın tələb
edilən bütün sahələri üzrə mütəxəssislər
hazırlayır. Akademiyada ən son standartlara cavab verən
"A-320", "Boeinq-767", "ATR 72",
"İL-76", "Mİ-8" hava gəmilərinin
trenajorları quraşdırılıb və regionda tələb
edilən "Embraer" təyyarəsinin və
"Sikorski" helikopterlərinin trenajor komplekslərinin
qurulması nəzərdə tutulub.
Fürsətdən
istifadə edərək mən bir pilot kimi bütün
cavabdehliklə deyə bilərəm ki, respublikada inşa edilən
yeni aeroportlarımız da ən yüksək tələblərə
uyğundur. Bütün bu son nailiyyətlər ümummilli
lider Heydər Əliyevin uzaqgörənliyi və
respublikamızın Prezidenti cənab İlham Əliyevin
düzgün strategiyasının nəticəsidir. Azərbaycan
aviasiyasının sürətli inkişafı ilk növbədə,
respublikamızın rəhbərliyinin diqqəti və
qayğıkeşliyi nəticəsində mümkün
olmuşdur.
İcazə
verin, bu gün aviasiya və aviasiya işçilərinə
göstərilən diqqət və qayğıya görə
Sizə əməkdaşlarımız adından öz minnətdarlığımı
bildirim və bir daha Sizi əmin edim ki, bizə etibar edilən
avadanlığın və texnikanın düzgün
istismarını təmin edəcəyik. Yeni terminalın
açılması münasibəti ilə bir daha
hamını təbrik edirəm.
Diqqətinizə
görə çox sağ olun!
* * *
Prezident
İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından
tanış oldu.
Azərbaycanın
mülki aviasiyası bütün dünyada nəqliyyatın
elitar və yüksək texnologiyalara əsaslanan seqmenti kimi
tanınmaqdadır. Azərbaycanın coğrafi cəhətdən
olduqca əlverişli mövqedə yerləşməsi
ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki
rolunu və yerini daha da artırır. Ölkəmizin hava nəqliyyatının
modernləşdirilməsinə xüsusi diqqət göstərən
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinin
yüksək səviyyədə icra olunması Azərbaycanın
aviasiya sahəsinin tamamilə yeni mərhələyə
çıxarılmasına şərait
yaratmışdır. Məhz dövlət
başçısının xüsusi diqqət və
qayğısı sayəsində mülki aviasiyamız
2003-cü ildən etibarən inkişafının yeni mərhələsinə
qədəm qoymuşdur.
Son
illərdə respublika ərazisində mövcud olan
aeroportların maddi-texniki bazasının gücləndirilməsi,
aerovağzalların fəaliyyətinin müasir səviyyəyə
çatdırılması istiqamətində görülən
işlər ardıcıl və sistemli xarakter
daşıyır. Mülki aviasiyanın inkişafına
Prezident İlham Əliyevin göstərdiyi diqqətin ən
önəmli nəticələrindən biri də Heydər
Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal
binasının inşasıdır. Bu layihənin həyata
keçirilməsində məqsəd sərnişin
aviadaşımaları ilə bağlı xidmətin səviyyəsini
daha da yüksəltmək, eləcə də
uçuşların təhlükəsizliyini dünya
standartlarına uyğunlaşdırmaqdır.
Bildirildi
ki, ildə 6 milyon sərnişin daşıma gücünə
malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir.
Təyyarə qanadları formasında olan dördmərtəbəli
möhtəşəm aerovağzal binası memarlıq
görünüşü ilə diqqəti cəlb edir. Birinci
mərtəbə uçuşa gedən sərnişinlərin
qeydiyyatı və gələn sərnişinlərin
baqajlarının alınması üçün nəzərdə
tutulmuşdur. Burada həmçinin "biznes-klass" sərnişinlərə
də yüksək səviyyədə xidmət göstəriləcəkdir.
Aerovağzal kompleksinin ikinci mərtəbəsi isə
uçuşdan gələn sərnişinlər
üçün nəzərdə tutulmuşdur. Bu mərtəbədə
sərnişinlərin sərhəd nəzarəti, viza
alınması üçün köşklər, tranzit sərnişinlərin
aviasiya təhlükəsizliyi nəzarəti sahələri,
eləcə də uçuşa gedən sərnişinlər
üçün istirahət zonaları
yaradılmışdır. Sərnişinlərin gedişi
üçün nəzərdə tutulan
üçüncü mərtəbədə müasir sərnişindaşınma
texnologiyasına əsaslanan, sərnişinlərin
gömrük və aviasiya təhlükəsizliyi və sərhəd
nəzarəti həyata keçirilir. Bu mərtəbədə
xüsusi dizaynla tərtib olunmuş "Duty free"
mağazaları, kafelər fəaliyyət göstərir.
Aerovağzal binasının dördüncü mərtəbəsində
də "biznes-klass" sərnişinlərə xidmət
göstərmək məqsədilə bar və kafelər,
görüşlərin keçirilməsi üçün
rabitə avadanlığı ilə təchiz olunan otaqlar yerləşir.
Bütün mərtəbələrdə elektron məlumat
tabloları yerləşdirilmişdir.
Yeni
terminalın binasında müasir eskalatorlar və liftlər
quraşdırılmışdır. Burada beynəlxalq
aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq
edilmişdir. Müasir görünüşü ilə diqqəti
cəlb edən yeni aerovağzalda sərnişinlərə
xidmət ən yüksək tələblər səviyyəsində
olacaqdır. Ən müasir avadanlığın tətbiqi
uçuşların təhlükəsizliyinə hərtərəfli
imkan yaradacaqdır. Aerovağzal binasında sərnişinlərin
dincəlməsi üçün yüksək standartlar nəzərə
alınmışdır. Burada sərnişinlərin
zövqünü oxşamaq üçün yaşıl
zonalar xüsusi dizaynla yerləşdirilmişdir. Binanın ərazisində
eyni vaxtda 12 təyyarəni qəbul edə biləcək
teleskopik traplar quraşdırılmışdır. Teleskopik
traplardan ikisi dünyanın ən böyük sərnişin
təyyarəsini - ikigöyərtəli "Airbus A380"
hava gəmisini qəbul etmək üçün nəzərdə
tutulmuşdur. Təhlükəsizlik tədbirləri ən
müasir standartlar səviyyəsində həyata
keçirilir.
Məlumat
verildi ki, aerovağzal binasında mühəndis-texniki, sərnişindaşıma
və aviasiya təhlükəsizliyi ilə bağlı
kadrların işə qəbulu müsabiqə yolu ilə
aparılmışdır. Yeni işçilərin qəbulu və
məşqləri ilə bağlı bütün tədbirlər
başa çatmışdır. Ümumilikdə, Heydər
Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal
binasında hava gəmilərinin qəbulu, yerüstü xidməti
üçün bütün lazımi infrastruktur mövcuddur.
Qeyd
olundu ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən
ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində
aparılan audit nəticəsində Azərbaycana "1-ci dərəcə"
statusu verilmişdir. Hazırda Heydər Əliyev Beynəlxalq
Aeroportundan dünyanın 15 dövlətinin 33 hava limanına
uçuşlar həyata keçirilir. Uzaq məsafələrə,
o cümlədən ABŞ-a birbaşa uçuşların təşkili
istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir.
Respublika daxilində isə Naxçıvan, Gəncə, Qəbələ
şəhərlərinə müntəzəm, Zaqatala və
Lənkəran şəhərlərinə isə çarter
reysləri yerinə yetirilir. 2013-cü ildə Heydər
Əliyev Beynəlxalq Aeroportundan təyinat məntəqələrinə
və geriyə 2 milyon 857 min sərnişin
daşınmışdır. Bu göstəricilər son illərdə
ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinin
və təyyarə parkının müasir, yeni təyyarələrlə
daha da zənginləşməsi sayəsində əldə
olunmuşdur. Yeni aerovağzal kompleksinin meydanında 750 avtomobil
yerlik dayanacaq və ona birləşən yollar da tikilmiş, ətrafda
geniş yaşıllaşdırma işləri
aparılmışdır.
Dövlət
başçısı görülən işlərdən
razı
lığını
bildirdi, müvafiq tapşırıq və tövsiyələrini
verdi.
Sonda
xatirə şəkli çəkdirildi.
* * *
Heydər
Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk
sərnişinləri olan Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva buradan Çex
Respublikasının paytaxtı Praqaya yola düşdülər.
AzərTAc
Azərbaycan.-2014.- 24 aprel.- S.1;2.