Azərbaycan Prezidenti İlham Əliyev Niderland
Krallığı
Senatının nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də
Niderland Krallığı Senatının üzvü Rene Van
der Lindenin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir.
Görüşdə
Azərbaycan Respublikası ilə Niderland Krallığı
arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin
uğurlu inkişafı məmnunluqla qeyd olundu, Niderland
Krallığı Senatının üzvü Rene Van der
Lindenin başçılıq etdiyi nümayəndə heyətinin
ölkəmizə səfərinin əməkdaşlığımızın
daha da genişləndirilməsi işinə töhfə verəcəyinə
əminlik ifadə edildi.
Azərbaycan.-2014.- 24 aprel.- S.4.