Prezident İlham
Əliyev Çexiya Deputatlar
Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri
Yan Hamaçek ilə
görüşmüşdür
Azərbaycan Prezidenti İlham
Əliyev Çexiyaya işgüzar səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Parlamentlərarası əlaqələrin daha da genişlənməsinin Azərbaycan-Çexiya əməkdaşlığının inkişafına töhfə verdiyi bildirildi.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2014.- 24 aprel.- S.4.