Bakıda birinci Beynəlxalq
“Caspian Energy Forum - 2014” keçirilir
Aprelin
23-də “Caspian Energy International Media Group”un 15 illik yubileyi çərçivəsində
Bakıda Birinci Beynəlxalq “Caspian Energy Forum-2014” keçirilir.
AzərTAc xəbər verir
ki, forumda açılış nitqi
ilə çıxış
edən Azərbaycan Respublikasının energetika
naziri Natiq Əliyev bu ilin Azərbaycan və Xəzər regionu ölkələri üçün əlamətdar
bir il
olduğunu demişdir.
Qeyd olunmuşdur ki, cari il Azərbaycanda
ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında
1994-cü il sentyabrın
20-də Bakıda beynəlxalq
neft şirkətləri
konsorsiumu ilə imzalanmış “Azəri”,
“Çıraq”, “Günəşli”
yataqlarının kəşfiyyatı
və işlənilməsi
üzrə “Əsrin Müqaviləsi”nin 20 illik
yubileyi təntənəli
qeyd ediləcəkdir.
Belə bir forumun da məhz
“Əsrin Müqaviləsi”nin 20 illik yubileyi çərçivəsində
keçirilməsi olduqca
əlamətdar bir hadisədir.
Forum öz işini
sessiyalarla davam etdirmişdir.
“Enerji təhlükəsizliyinin
təmin olunmasında
Avropa İttifaqının
Xəzər və Qara dəniz regionları ölkələri
ilə qarşılıqlı
fəaliyyəti” mövzusunda
keçirilən birinci
sessiyada neft-qaz, enerji və ekologiya sahələrinin inkişafı məsələsi
müzakirə edilir. “Təbii qaz və qeyri-konvensional təbii qaz – XXI əsrin əsas enerji daşıyıcısıdır”
və “Xəzərdə
kəşfiyyat və
hasilatın perspektivləri”
mövzularında keçirilən
ikinci sessiyada isə qeyri-neft sektorunun inkişafı ilə bağlı müzakirələr aparılır.
Təbirdə, həmçinin Avropanın enerji təhlükəsizliyi, Avratlantik enerji bazarı miqyasında Xəzər enerji resurslarının rəqabətə davamlılığı və perspektivləri, bərpa olunan enerji mənbələri sahəsində innovasiyaların tətbiqi, neft emalı və neft kimyası sənayesinin ekoloji aspektləri məsələlərinə toxunulmuşdur. Bundan başqa, forumda maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və s. qeyri-neft sektoruna innovasiyaların tətbiqi, eləcə də biznesin aparılması, biznes ilə hakimiyyət arasında dialoqun yaradılması məsələləri də müzakirə olunacaqdır.
Sessiyalar həm mühazirə, həm də diskussiya formasında keçiriləcəkdir.
Forumda Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, Xəzər dənizi, Qara dəniz və baltik regionu ölkələrinin dövlət strukturlarının və beynəlxalq şirkətlərin rəhbərləri iştirak edirlər.
Birinci Beynəlxalq “Caspian Energy Forum-2014”-ün təşkilatçıları
Caspian European Club (CEIBC) və “Caspian Energy
International Media Group”dur.
Azərbaycan.-2014.- 24 aprel.- S.5.