Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilmişdir
Aprelin 23-də Bakıda
Azərbaycan-Niderland biznes
forumu keçirilmişdir.
AzərTAc xəbər verir
ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə keçirilmiş
tədbirdə rəsmi
şəxslərlə yanaşı,
kənd təsərrüfatı,
tikinti, təhsil, logistika, İKT, su təsərrüfatı və
digər sahələrdə
fəaliyyət göstərən
170-dən çox iş
adamı iştirak etmişdir.
Biznes forumda çıxış
edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın
Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına
böyük əhəmiyyət
verdiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı
olduğunu və bu qitənin enerji təhlükəsizliyində
mühüm rol oynadığını qeyd
etmişdir.
Bildirilmişdir ki, son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə
əməkdaşlıq inkişaf
edir və yüksək səviyyəli
səfərlər, keçirilən
görüşlər ikitərəfli
iqtisadi münasibətlərin
genişlənməsində xüsusi əhəmiyyət
kəsb edir.
Hazırda Azərbaycanda maliyyə,
sənaye, tikinti, xidmət, ticarət, kənd təsərrüfatı,
nəqliyyat və s. sahələrdə 100-dən çox
Niderland investisiyalı
şirkət fəaliyyət
göstərir. Niderland tərəfindən
Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektoruna indiyədək təqribən
670 milyon ABŞ dolları
həcmində birbaşa
investisiyalar yatırılmışdır.
Niderland şirkətləri Azərbaycanda
həyata keçirilən
layihələrdə podratçı
qismində də iştirak edirlər.
Son vaxtlar Azərbaycanda bir sıra ekoloji
layihələrin həyata
keçirildiyini qeyd edən Şahin Mustafayev Niderland şirkətləri ilə
Abşeron göllərinin,
o cümlədən Böyükşor
gölünün bərpası
sahəsində də
əməkdaşlıq edildiyini
bildirmişdir. Azərbaycan və
Niderland arasında ticarət dövriyyəsi
2013-cü ildə 24 faiz
artmışdır.
Şahin
Mustafayev Azərbaycan və Niderland arasında iqtisadi əlaqələrin genişlənməsi,
yeni əməkdaşlığın
qurulması baxımdan
biznes forum və sərgilərin əhəmiyyətini
qeyd etmiş, bu gün keçirilən
biznes forumun da iş adamları
arasında, xüsusilə
Azərbaycan və Niderlandın regionlarında
fəaliyyət göstərən
sahibkarlar arasında əlaqələrin inkişafına,
ikitərəfli ticarət
dövriyyəsinin genişlənməsinə
töhfə verəcəyini
vurğulamışdır.
Azərbaycan iqtisadiyyatı barədə
məlumat verən Şahin Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi
olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini qeyd etmiş, yaradılmış
əlverişli biznes və investisiya mühiti nəticəsində
ölkə iqtisadiyyatına
yatırılan investisiyaların
həcminin ildən-ilə
artdığını, ölkəmizin
artan iqtisadi imkanları nəticəsində
investisiya ixracatçısına
çevrildiyini diqqətə
çatdırmışdır. Azərbaycan iqtisadiyyatına dair bir sıra makroiqtisadi
göstəriciləri qeyd
edən nazir ölkəmizdəki iqtisadi
inkişafın beynəlxalq
təşkilatlar tərəfindən
də yüksək qiymətləndirildiyini diqqətə
çatdırmışdır.
Niderland
Krallığı Senatının
üzvü Rene Van der
Linden Azərbaycanın sürətli
iqtisadi inkişafından
məmnunluğunu ifadə
etmiş, ölkələrimizin
böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin,
eləcə də iş adamları arasında əməkdaşlığın
genişləndirilməsinin Niderland və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin
inkişafında əhəmiyyətli
olacağını bildirmişdir.
Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin
rektoru Hafiz Paşayev iş adamlarının iştirakı ilə keçirilən belə tədbirlərin biznes dairələri arasında
əlaqələrin genişləndirilməsi,
ölkə iqtisadiyyatının
tanıdılması baxımından
əhəmiyyətini qeyd
etmişdir. Azərbaycan
və Niderland arasında əlaqələrin
iqtisadiyyatın müxtəlif
sahələri ilə
yanaşı, təhsil
sahəsini də əhatə etdiyini qeyd edən Hafiz Paşayev bu sahədə “ADA” Universiteti
ilə Niderlandın “Maastrixt” İdarəetmə
Mərkəzi arasında
həyata keçirilən
əməkdaşlıq barədə
məlumat vermişdir.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov
ölkəmizin biznes mühiti və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı
direktoru Rövşən
Nəcəf qurumun fəaliyyətinə və
həyata keçirilən
layihələrə, “Sumqayıt
Kimya Sənaye Parkı” MMC-nin icraçı direktorunun müavini Zaur Məmmədov sənaye parkında sahibkarlar üçün yaradılmış
şəraitə, Niderland
tərəfi isə bu ölkənin iqtisadiyyatının müxtəlif
sahələrinə və
investisiya qoyuluşu imkanlarına dair təqdimatlarla çıxış
etmişlər.
Biznes forum
iş adamları arasında ikitərəfli
görüşlərlə davam etmişdir.
Azərbaycan.-2014.- 24 aprel.- S.5.