Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı”

Proqramının növbəti Sammiti işə başlamışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyaya işgüzar səfəri

 

Aprelin 24-də Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammiti işə başlamışdır.

Bu Sammit “Şərq tərəfdaşlığı”nın 2009-cu ildə keçirilmiş Praqa Sammitinin beşinci ildönümünə həsr olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak etmişdir.

Sammit Praqa qəsrində dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi ilə başladı.

İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət və hökumət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiya Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Daha sonra Sammitin birinci iclası keçirildi.

Prezident İlham Əliyev iclasda iştirak etdi.

Çex Respublikasının Prezidenti Miloş Zeman Sammiti açaraq iştirakçı ölkələrin dövlət hökumət başçılarını salamladı. O, “Şərq tərəfdaşlığıProqramının ötən beş ildə böyük inkişaf yolu keçdiyini dedi, bu istiqamətdə görülən tədbirlərin iştirakçı ölkələri Avropa dəyərlərinə meyarlarına daha da yaxınlaşdırdığını vurğuladı.

Çexiya dövlətinin başçısı qarşıda duran vəzifələrdən danışarkən əmin olduğunu bildirdi ki, ikitərəfli çoxtərəfli formatda əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir.

Avropa İttifaqının genişlənmə Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan FüleŞərq tərəfdaşlığıProqramının beşinci ildönümü münasibətilə təbriklərini çatdırdı. Komissar bu görüşün 2013-cü ildə Vilnüsdə keçirilmişŞərq tərəfdaşlığıSammiti ilə gələn il Riqada təşkil ediləcək növbəti Zirvə görüşü arasında bir bağlantı olduğunu diqqətə çatdırdı.

Sonra müzakirələr başladı.

Şərq tərəfdaşlığıProqramı Avropa İttifaqının yeni layihələrindən biri hesab olunur. Proqram 2008-ci ilin mayında Avropa İttifaqının üzvləri olan Polşa İsveç tərəfindən irəli sürülmüşdür. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna Ermənistanı əhatə edənŞərq tərəfdaşlığıAvropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram Avropa İttifaqına daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

“Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Praqada keçirilmişdir. İkinci Sammit 2011-ci ilin sentyabrında Varşavada, üçüncüsü isə ötən ilin noyabrında Vilnüsdə təşkil edilmişdir.

 

Azərbaycan.-2014.- 25 aprel.- S.1.