Azərbaycan Prezidenti İlham Əliyev Praqada Moldova
Prezidenti Nikolae Timofti ilə
görüşmüşdür
Azərbaycan
Prezidenti İlham Əliyev Çexiyaya işgüzar səfəri
Xüsusi
müxbirimiz xəbər verir ki, aprelin 24-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Praqada Moldova
Respublikasının Prezidenti Nikolae Timofti ilə
görüşmüşdür.
Görüşdə
Azərbaycan ilə Moldova arasında ikitərəfli
münasibətlərin səviyyəsindən məmnunluq ifadə
olundu. Ölkələrimiz arasında əməkdaşlığın
daha da genişləndirilməsinin əhəmiyyəti
vurğulandı, iqtisadi və digər sahələrdə əlaqələrin
inkişaf etdirilməsinin önəmi qeyd edildi.
Söhbət
zamanı Avropa İttifaqı ilə ölkələrimiz
arasında əməkdaşlığın genişləndirilməsi
və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 25 aprel.- S.2.