Praqada Azərbaycan Prezidenti
İlham Əliyevin və
Polşa Prezidenti Bronislav Komorovskinin görüşü
olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyaya işgüzar
səfəri
Aprelin
24-də Praqada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Polşa Respublikasının
Prezidenti Bronislav Komorovskinin görüşü olmuşdur.
Görüşdə
Azərbaycan ilə Polşa arasında ikitərəfli əlaqələrin
yüksək səviyyədə olduğu vurğulandı və
bu əlaqələrin inkişaf etdirilməsinin önəmi
qeyd edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı fikir
mübadiləsi aparıldı. Avropa İttifaqı ilə Azərbaycan
arasında əməkdaşlığın perspektivləri
müzakirə edildi.
Polşa
Prezidenti Bronislav Komorovski dövlətimizin
başçısını ölkəsinə səfərə
dəvət etdi.
Azərbaycan.-2014.- 25 aprel.- S.2.