Azərbaycan Prezidenti İlham Əliyev Praqada Çexiya
Prezidenti Miloş Zeman ilə görüşmüşdür
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyaya işgüzar
səfəri
Xüsusi
müxbirimiz xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də
Praqada Çex Respublikasının Prezidenti Miloş Zeman ilə
görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. “Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən Sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edildi.
Söhbət zamanı Azərbaycan
ilə Çexiya arasında müxtəlif
sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur
layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat
və digər sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi
ilə bağlı fikir mübadiləsi
aparıldı. Azərbaycan-Çexiya hökumətlərarası
birgə komissiyanın işinin gücləndirilməsinin,
Çexiya şirkətlərinin Azərbaycanda
fəaliyyətinin genişləndirilməsinin önəmi
vurğulandı.
Azərbaycan.-2014.- 25 aprel.- S.2.