Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası” elektron

 portalının ingilis dilində versiyasının təqdimat mərasimi olmuşdur

 

 

Aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası” elektron portalının yenilənmiş variantının və onun ingilis dilində yaradılmış versiyasının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə kitabxananın internet resursları zalında Naxçıvanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına aid 50-yə yaxın Azərbaycan, türk, ingilisrus dillərində elektron kitabların CD-ləri ilə tanış olmuşlar. Naxçıvan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən 40-a yaxın arxiv sənədinin sürəti, muxtar respublika ilə bağlı 100-dən artıq dissertasiyanın avtoreferatları və müxtəlif dillərdə çap olunmuş 200-dək kitab da qonaqların marağına səbəb olmuşdur.

Daha sonra tədbir konfrans zalında davam etdirilmişdir. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində hazırlanan internet portalının ərsəyə gəlməsində muxtar respublikanın Bakı şəhərindəki daimi nümayəndəliyinin verdiyi informasiya dəstəyi xüsusi rol oynamışdır. O qeyd etmişdir ki, “Naxçıvan Muxtar Respublikasıelektron portalı hələ beş il bundan öncə hazırlanmışdır. Bu gün Prezident Kitabxanasının əməkdaşları həm portalın Azərbaycan dilində olan versiyasını materiallarla zənginləşdirmiş, həm onun ingilis dilində yeni versiyasını hazırlamışlar.Ümumi məlumat”, “Tarix”, “Təhsil səhiyyə”, “Mədəniyyət”, “İqtisadiyyat”, “Resurslaradlı 6 bölmə 38 alt bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə muxtar respublika haqqında dolğun məlumat vermək məqsədi daşıyır.

Mayıl Əhmədov demişdir ki, elektron portalınÜmumi məlumatbölməsində istifadəçilər Naxçıvan Muxtar Respublikası haqqında ətraflı məlumat əldə edə, onun Konstitusiyası ilə tanış ola biləcəklər. Bu bölmədə muxtar respublikanın inzibati-ərazi vahidləri, əhalisi, təbiəti təbii sərvətləri haqqında məlumatlar da yer almışdır. Prezident Kitabxanasının direktoru onu da əlavə etmişdir ki, elektron portalda Naxçıvanın qədim dövrlərdən azərbaycanlıların Vətəni olduğunu təsdiq edən tarixi faktlara xüsusi yer verilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar Elm Xadimi, akademik İsa Həbibbəyli elektron portalın hazırlanmasında böyük əmək sərf edən, ciddi elmi araşdırmalar aparan həmin araşdırmaları ümumiləşdirərək istifadəçilərə təqdim edən Prezident Kitabxanasının əməkdaşlarını təbrik edərək bildirmişdir ki, mənfur qonşularımızla informasiya savaşının davam etdiyi bir dövrdəNaxçıvan Muxtar Respublikasıelektron portalının yenilənməsi onun ingilis dilində versiyasının hazırlanması xüsusi əhəmiyyətə malikdir. Portalın zənginləşdirilməsi üçün akademik səviyyədə görülmüş, elmi dəyəri olan 200-dən çox kitaba istinad edilmişdir.

Naxçıvan tarixinin mühüm hadisələrini özündə əks etdirənXronologiyabölməsinə diqqət çəkən akademik demişdir ki, bu bölmədə həm ümummilli liderimiz Heydər Əliyevin, həm Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərləri xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Naxçıvanda keçirilən müxtəlif görüşlərdə tədbirlərdəki çıxışlarının tam mətnlərininHeydər Əliyev Naxçıvanda”, “İlham Əliyev Naxçıvandaadlı yarımbölmələrdə istifadəçilərə təqdim edilməsi, qədim diyarın müstəqillik dövrünü araşdırmaq istəyənlər üçün əsaslı mənbədir. Alim əlavə etmişdir ki, Naxçıvan Ali Məslisinin Sədri Vasif Talıbovun çıxışlarının tam mətnləri da ayrıca yarımbölmədə istifadəçilərə təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikasıelektron portalının ingilis dilində yaradılmış versiyasının əhəmiyyətindən ətraflı söhbət açan AMEA-nın Akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva demişdir ki, portalın daim yenilənməsi, zənginləşdirilməsi günümüzün ən vacib tələblərindən biridir. Qədim diyarın dəyərli tarixi abidələri barədə geniş məlumatların ingilis dilində dünya ictimaiyyətinə təqdim olunmasını yüksək qiymətləndirən G. Baxşəliyeva onu da demişdir ki, tarixdə iz qoymuş görkəmli naxçıvanlılar, dövlət, elm, ədəbiyyat incəsənət xadimləri haqqında qısa biblioqrafik məlumatların öz əksini tapması alqışa layiqdir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ermənilərin ölkəmizə ərazi iddialarından əl çəkmədiyi bir vaxtda Azərbaycanın mühüm geostrateji məkanı olan Naxçıvana xüsusi diqqət göstərilməsinin muxtar respublikanın tarixi barədə məlumatların yayılmasının önəmindən danışaraq demişdir ki, bu istiqamətdə atılan hər bir addım respublikamızın xarici siyasətinə dəstək xarakteri daşıyır. Bu mənada Naxçıvanın şanlı tarixinin bugünkü inkişafının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin təhlükəsizlik müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə  Azərbaycanın 20 faiz torpaqlarını zəbt edən təcavüzkar Ermənistanın blokadada saxladığı Naxçıvan Muxtar Respublikasının yüksəliş dövrünü yaşadığını bildirərək vurğulamışdır ki, həm bu, həm dahilər yurdunun zəngin tarixi barədə məlumatların internet resursları vasitəsilə dünyaya çatdırılması beynəlxalq aləmdə ölkəmizin müsbət imicini möhkəmləndirir.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov da Ermənistanda Naxçıvanla bağlı müxtəlif iddiaların ortaya atıldığı bir vaxtda muxtar respublika barədə ingilis dilində internet portalının yaradılmasını yüksək qiymətləndirmişdir.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Vəli Hüseynov, Vəli Əliyev, Milli Məclisin deputatları Musa Qasımlı və Qüdrət Həsənquluyev çıxış edərək “Naxçıvan Muxtar Respublikası” elektron portalının ingilis dilində yaradılmış versiyasının əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, portal Naxçıvan barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, həm də xarici ölkələrin elmi ictimaiyyəti üçün əsaslı mənbə rolunu oynayacaqdır. Naxçıvana aid kitabların elektron versiyalarının, müxtəlif elmi jurnallarda və ayrı-ayrı qəzetlərdə Naxçıvan haqqında dərc edilən seçilmiş məqalələrin tam mətnlərinin burada toplanması elektron portalın əhəmiyyətini artırır.

 

Azərbaycan.-2014.- 25 aprel.- S.7.