Bakıda Azərbaycan-İspaniya biznes forumu keçirilmişdir
Aprelin 24-də Bakıda Azərbaycan-İspaniya biznes forumu keçirilmişdir.
AzərTAc xəbər verir
ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə keçirilmiş
biznes forumda rəsmi şəxslərlə
yanaşı, infrastruktur,
tikinti, bank, informasiya-kommunikasiya
texnologiyaları (İKT), turizm,
kənd təsərrüfatı,
bərpa olunan enerji sahələrində
fəaliyyət göstərən
100-dən çox iş
adamı iştirak etmişdir.
Tədbirdə iqtisadiyyat və
sənaye naziri Şahin Mustafayev çıxış edərək,
Azərbaycanın Avropa
ittifaqı ölkələri,
o cümlədən İspaniya
ilə əlaqələrin
inkişafına önəm
verdiyini, ölkələrimiz
arasında əməkdaşlığın
müxtəlif sahələrdə
uğurla davam etdiyini demişdir. Qeyd edilmişdir ki, hazırda Azərbaycanda bir sıra ispan
şirkətləri uğurla
fəaliyyət göstərir,
ticarət əlaqələrimiz
genişlənir. Əlaqələrin inkişafı baxımından
müqavilə-hüquq bazasının
təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edən nazir İspaniya nümayəndə
heyətinin Azərbaycana
səfəri çərçivəsində
ölkələrimiz arasında
ikiqat vergitutmanın aradan qaldırılmasına
dair sənədin imzalandığını, investisiyaların
təşviqi və qarşılıqlı qorunmasına
dair sazişin imzalanması istiqamətində
müvafiq işlərin
görüldüyünü diqqətə çatdırmışdır.
Nazir Şahin Mustafayev Azərbaycan və İspaniya arasında əlaqələrin genişlənməsi,
yeni əməkdaşlığın
qurulması baxımından
biznes forum və sərgilərin əhəmiyyətini
vurğulamış, bugünkü tədbirin
də iş adamları arasında əlaqələrin inkişafına,
ikitərəfli ticarət
əlaqələrinin genişlənməsinə
töhfə verəcəyini
demişdir.
İspaniya Krallığının xarici
işlər və əməkdaşlıq naziri
Xose Manuel Qarsia-Marqalyo
çıxışında hər iki ölkənin
iqtisadi əlaqələrin
daha da genişlənməsi
üçün böyük
potensiala malik olduğunu bildirmiş, mövcud imkanlardan səmərəli istifadə
etməklə əməkdaşlığı
daha da inkişaf
etdirməyin mümkün
istiqamətləri barədə
məlumat vermişdir. Nazir, həmçinin
İspaniya iqtisadiyyatı
barədə də danışmışdır.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov
ölkəmizin biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.
Biznes
forum ispaniyalı iş
adamlarının ölkəmizdə
müvafiq sahələrdə
fəaliyyət göstərən
şirkətlərlə ikitərəfli
görüşlərinin təşkili
ilə davam etmişdir.
Azərbaycan.-2014.-
25 aprel.- S.6.