Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd edilmişdir

 

Bakı, 26 aprel (AzərTAc, Elçin Hüseynov). Azərbaycan ədəbiyyatı tarixində parlaq iz qoyan İlyas Əfəndiyevin hekayələri romanları bu gün öz dəyərini qoruyub saxlayır.

Görkəmli yazıçının yaradıcılığı ədəbiyyat çərçivələrindən çıxaraq, incəsənətin digər sahələrinə sirayət etmişdir. Son 50 illik Azərbaycan teatrını onun pyesləri olmadan təsəvvür etmək mümkün deyildir. İlyas Əfəndiyevin bu cür geniş əhatəli yaradıcılığı daim yüksək qiymətləndirilmişdir. Həmişə ədəbiyyatımıza, incəsənətimizə, mədəniyyətimizə böyük diqqət yetirən Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində Xalq Yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi təntənə ilə qeyd edilir.

AzərTAc xəbər verir ki, aprelin 26-da Bakının Səbail rayonundakı 190 nömrəli orta məktəbdə görkəmli nasir dramaturq, Xalq Yazıçısı, “Şöhrətordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

Ədəbi-bədii gecəni məktəbin direktoru, Əməkdar Müəllim Afət Bakıxanova açaraq İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə etmiş, universitetdə oxuduğu illərdə bu böyük sənətkarın pərəstişkarına çevrildiyini, onun yaradıcılığını daim izlədiyini demişdir.

Tədbirdə İlyas Əfəndiyevin həyat yaradıcılığı barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmişdir. 1938-ci ilin axırlarında Bakıya gələn İlyas ƏfəndiyevYeni yol”, “KommunistƏdəbiyyat qəzetiredaksiyalarında işləmişdir. İlk mətbu əsəriBuruqlar arasındaoçerki 1938-ci ilin noyabrında işıq üzü görmüş, “Berlində bir gecəadlı ilk hekayəsiƏdəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunmuşdur. 1939-cu ildə nəşr edilmişKənddən məktublarkitabı İlyas Əfəndiyevəədəbiyyat dünyası”na çıxmaq səlahiyyəti vermişdir. O, 1943-cü ildə Mehdi Hüseyn ilə birlikdə ilk dram əsəri olanİntizarpyesini yazmış bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulmuşdur.

Qeyd edilmişdir ki, İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi fəaliyyət göstərmiş, irihəcmli roman povestlərlə bərabər oçerk məqalələr ərsəyə gətirmiş, konfrans qurultaylarda məruzələrlə çıxış etmişdir. O, ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da yazıçının sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi yaradıcılıq intellektindən xəbər verir. Görkəmli yazıçının zəngin nəsrinəSöyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan digər roman povestləri, dramaturgiyasınaİşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrıyaratmışdır.

Bildirilmişdir ki, İlyas Əfəndiyevin yaradıcılığı XX əsrin 90-cı illərində məhsuldar olmuş, görkəmli dramaturq yeni pyeslərini tamaşaya qoymuşdur.

Diqqətə çatdırılmışdır ki, ədəbiyyatımızın teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə onun xatirəsi əbədiləşdirilmiş, İçərişəhərdəki küçələrdən birinə nüfuzlu Elitar Gimnaziyaya İlyas Əfəndiyevin adı verilmişdir. Ulu Öndərin Sərəncamı ilə İlyas ƏfəndiyevinSeçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilmişdir. Ədibin əsərləri son illər rus, türk digər dillərdə dəfələrlə nəşr olunmuş, haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılmışdır.

Məktəbin tədris hissə müdiri, Əməkdar Müəllim Qənirə Əmircanova İlyas Əfəndiyevin ədəbiyyatımıza verdiyi töhfələrdən danışaraq bildirmişdir ki, əsası XIX əsrdə Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuş dramaturgiyamızın inkişafında onun müstəsna xidmətləri vardır. İctimai müşahidə mühakimə qabiliyyəti güclü olan istedadlı yazıçı, həm ictimai xadim idi. Onun qələmindən çıxan bütün əsərlər həmişə oxucu məhəbbəti qazanmışdır. Həyat həqiqətləri müasirlik onun yaradıcılığının əsas qayəsidir. Bu böyük yazıçının yaradıcılığı yaşından asılı olmayaraq, hər kəs üçün qiymətlidir. Çünki bu əsərlər insanlıq üçün yazılmış bir xəzinədir. Elə bir xəzinə ki, zaman-zaman xalq üçün, Vətən üçün daha dəyərli olur.

Tədbirdə çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə müasir Azərbaycan ədəbiyyatında xüsusi dəst–xətti olan yazıçının əsərlərinin bu gün sevilə-sevilə oxunduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, milli mənəvi dəyərlərə hörmət onun yaradıcılığının əsas qayəsini təşkil edir. İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii canlı bir dildə yazması olmuşdur.

İlyas Əfəndiyevin teatr səhnəsində oynanılan əksər pyeslərinə quruluş verən Xalq Artisti Mərahim Fərzəlibəyov demişdir ki, onun yaradıcılığı Azərbaycan xalqının sərvətidir. İllər ötdükcə onun dahiyanə əsərlərinin qiyməti artır.

İlyas ƏfəndiyevinUnuda bilmirəmpyesindəki Kamran obrazı ilə aktyorluq vəsiqəsi alan Xalq Artisti Nurəddin Mehdixanlı isə demişdir ki, mənsub olduğu millətin tarixini, taleyini dərindən bilən İlyas Əfəndiyevin hər sözü canlı idi. O, hiss duyğularını sözlərə köçürməyi bacarırdı, sovet rejimimi hökmranlıq etdiyi bir dövrdə heç kimin deyə bilmədiyini qəhrəmanlarının dili ilə deməyi bacarırdı. Elə təkcə bunlara görə İlyas Əfəndiyev Azərbaycan xalqının taleyi, canlı sözü əbədi heykəlidir.

İlyas Əfəndiyevin əsərlərinin tədqiqatçısı, professor Abit Tahirli isə yazıçının publisistik fəaliyyətindən danışmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Təyyar Salamoğlu demişdir ki, Azərbaycan ədəbiyyatı tarixində həm nəsr, həm dramaturgiya sahəsində onun kimi aramsız çalışmış hər iki sahədə öz bədii üslubunu təsdiq etmiş ikinci bir yazıçı tapmaq çox çətindir. Qeyd edilmişdir ki, İlyas Əfəndiyev bütün əsərlərində milli tarixi varlığımızı bərpa etməyə çalışmışdır.

Baş nazirin müavinin köməkçisi Əkrəm Qaflanoğlu isə dərin müşahidə dinləmək qabiliyyəti olan böyük dramaturqla bağlı xatirələrini söyləmişdir. Diqqətə çatdırmışdır ki, məktəbli yeniyetmələr vətənpərvər duyğulu bir insan kimi yetişmələri üçün bu əsərləri oxumalıdırlar.

Tədbirdə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, yazıçı dramaturq Əli Əmirli, “Azərbaycan məktəbijurnalının baş redaktoru Nəcəf Nəcəfzadə çıxış edərək İlyas Əfəndiyevin yaradıcılıq məziyyətlərindən danışmış onunla bağlı xatirələrini bölüşmüşlər.

Tədbirdə İlyas Əfəndiyev haqqında sənədli film nümayiş olunmuşdur. Həmçinin İlyas Əfəndiyev haqqında görkəmli şəxsiyyətlərin fikirləri, eləcə ona ithaf olunmuş şeirlərdən parçalar səsləndirilmişdir.

Məktəbin yuxarı sinif şagirdlərinin görkəmli sənətkar İlyas ƏfəndiyevinApardı sellər Saranı”, “Sən həmişə mənimləsən”, Xurşudbanu NatəvanHökmdar qızıəsərləri əsasında hazırladıqları səhnəciklər alqışlarla qarşılanmışdır.

Tədbirin sonunda çıxış edən İlyas Əfəndiyevin nəvəsi, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva demişdir ki, babam həyata bağlı, insanların psixologiyasını dərindən bilər bir insan idi. Babam 82 il ömür sürmüşdür. Bu yaşda da İlyas babam tanıdığım ən gənc insanlardan biri idi,- deyə o, bildirmişdir.

Günay Əfəndiyeva babasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2014.- 27 aprel.- S.8.