Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın keçmiş
Prezidenti Boris Tadiçi qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də
Serbiya Respublikasının keçmiş Prezidenti Boris
Tadiçi qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və digər
sahələrdə ikitərəfli əlaqələrin
uğurla inkişaf etdiyi bildirildi, münasibətlərimizin
genişlənməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin önəmi
vurğulandı.
Söhbət
zamanı Bakıda keçiriləcək II Qlobal Açıq
Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə öz töhfəsini verəcəyinə
əminlik ifadə olundu.
Azərbaycan.-2014.- 29 aprel.- S.4.