Azərbaycan Prezidenti İlham Əliyev
Xorvatiyanın
keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də
Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan
Mesiçi qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin
müxtəlif sahələrdə dinamik inkişafından məmnunluq
ifadə edildi, iqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı
potensialın olduğu vurğulandı, Bakıda keçiriləcək
II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə
ediləcək məsələlərin ölkələrarası
əməkdaşlığın inkişafı
baxımından əhəmiyyəti qeyd olundu.
Azərbaycan.-2014.- 29 aprel.- S.4.