Azərbaycan Prezidenti İlham Əliyev
İsrail Dövlətinin
keçmiş Baş naziri Ehud
Barakı qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də
İsrail Dövlətinin keçmiş Baş naziri Ehud
Barakı qəbul etmişdir.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli əlaqələrin
uğurla inkişaf etdiyi bildirildi. Bakıda keçiriləcək
II Qlobal Açıq Cəmiyyətlər Forumunun ölkələrarası
əməkdaşlığın davamlı inkişafı ilə
bağlı müzakirələr aparılması
üçün yaxşı imkan yaradacağı
vurğulandı.
Azərbaycan.-2014.- 29 aprel.- S.4.