Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyanın
keçmiş
Prezidenti Tarya Haloneni qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də
Finlandiya Respublikasının keçmiş Prezidenti xanım
Tarya Haloneni qəbul etmişdir.
Finlandiya
Respublikasının keçmiş Prezidenti xanım Tarya
Halonen dünyada dərin maliyyə və iqtisadi
böhranın hökm sürdüyü dövrdə Azərbaycanın
iqtisadi sahədə əldə etdiyi uğurların onda dərin
təəssürat yaratdığını dedi.
Dövlətimizin
başçısı ölkəmizdə bütün sahələrdə
olduğu kimi, iqtisadiyyatın, o cümlədən qeyri-neft
sektorunun inkişafına böyük önəm verildiyini
vurğuladı.
Görüşdə
Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər
Forumunun əhəmiyyətindən danışıldı.
Azərbaycan.-2014.- 29 aprel.- S.4.