Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın
keçmiş
Prezidenti Petru Luçinskini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də
Moldova Respublikasının keçmiş Prezidenti Petru
Luçinskini qəbul etmişdir.
Keçmiş
Prezident Petru Luçinski Azərbaycanın böyük
şairi, dahi Nizami Gəncəvinin Moldovada dörd dildə nəşr
olunmuş müdrik kəlamlarından ibarət kitabı
dövlətimizin başçısına təqdim etdi.
Görüşdə
Azərbaycan ilə Moldova arasında əlaqələrin
uğurla inkişaf etdiyi vurğulandı, Bakıda
keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər
Forumunun beynəlxalq əməkdaşlığın
genişləndirilməsi baxımından önəmi qeyd
olundu.
Azərbaycan.-2014.- 29 aprel.- S.4.