Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın keçmiş
Prezidenti Arnold Rüüteli qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də
Estoniya Respublikasının keçmiş Prezidenti Arnold
Rüüteli qəbul etmişdir.
Estoniya
Respublikasının keçmiş Prezidenti Arnold Rüütel
dünyada iqtisadi və maliyyə böhranının hökm
sürdüyü bir vəziyyətdə Azərbaycanda əldə
olunan yüksək iqtisadi nailiyyətləri fenomen
adlandırdı.
Görüşdə
ikitərəfli münasibətlərimizin
inkişafının razılıq doğurduğu bildirildi,
Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər
Forumunun regional və beynəlxalq əməkdaşlıqla
bağlı qarşılıqlı fikir mübadiləsi
aparılması baxımından əhəmiyyəti qeyd
olundu.
Azərbaycan.-2014.- 29 aprel.- S.5.