Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin həmsədri, Misirin
İsgəndəriyyə Kitabxanasının direktoru
İsmail Serageldini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru
İsmail Serageldini qəbul etmişdir.
Dövlətimizin başçısı II Qlobal Açıq Cəmiyyətlər Forumunun təşkilinə verdiyi dəstəyə görə İsmail Serageldinə təşəkkürünü bildirdi. Forumun artıq beynəlxalq təsisata çevrilməkdə olduğunu vurğulayan Prezident İlham Əliyev tədbirin bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu dedi.
Öz növbəsində II Qlobal
Açıq Cəmiyyətlər Forumunun
yüksək səviyyədə təşkilinə görə
Prezident İlham
Əliyevə minnətdarlığını bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Forumun qısa vaxt ərzində dünyada
tanınmasının önəmini qeyd
etdi.
Azərbaycan.-2014.- 29 aprel.- S.5.