Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın

 keçmiş Baş naziri İv Letermi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Belçika Krallığının keçmiş Baş naziri İv Letermi qəbul etmişdir.

Keçmiş Baş nazir İv Leterm II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını məmnunluqla qeyd etdi. O, sürətli iqtisadi inkişafa görə Azərbaycanın nümunəvi bir ölkə olduğunu vurğuladı.

Azərbaycanda son illər bir sıra mühüm beynəlxalq tədbirlərin davamlı olaraq keçirildiyini bildirən Prezident İlham Əliyev II Qlobal Açıq Cəmiyyətlər Forumunun da ənənəvi xarakter alacağına ümidvar olduğunu qeyd etdi.

 

Azərbaycan.-2014.- 29 aprel.- S.5.