Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul etmişdir

 

Aprelin 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ şəhərində Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərinin qəbulunu keçirmişdir.

Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir tərəfindən qəbul edilən 33 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Bundan əlavə, kadr məsələləri ilə bağlı 130, şimal-qərb bölgəsində baş vermiş zəlzələnin fəsadları ilə bağlı 53 və digər məsələlərlə bağlı müraciət etmiş 106 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurumlarının rəhbərləri tərəfindən qəbul olunmuşdur.

 

Azərbaycan.-2014.- 29 aprel.- S.11.