Azərbaycan Parlamentinin yüz qırx beşinci iclası. 27 aprel 1920-ci il

 

"Böyük Rusiya inqilabının cərəyanı ilə, dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə movcib bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qövmeyi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini biizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xəlq Cümhuriyyətini təsis etdilər... Buna binaən... Azərbaycan Şurayi-Milliyeyi-İslamiyyəsi bütün cəmaətə elan ediyor ki: 1 - Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir..."

 

27 aprel onun iştirakçıları

 

Böyük bir amalla qurulan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süquta uğradı məhrumiyyətlərlə dolu uzun bir dövr başladı. Azərbaycan Parlamentinin son iclasında 6 şərt daxilində hökumət azərbaycanlı bolşeviklərin ixtiyarına verildi. Son iclasda Məhəmməd Əmin Rəsulzadənin soylədikləri gedən prosesləri anlamaq baxımından çox vacibdir: "Firqələrin əksəriyyətinin tələbinə görə camaatımızın arasında daxili müharibə salmamaq üçün əlavə bu günkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq".

O dövrdə parlamentdə fəaliyyət göstərən 11 fraksiyanın bəziləri özlərinin məhdud qrup mənafelərini daha üstün tuturdu. Erməni daşnaksütun fraksiyaları Azərbaycanın müstəqilliyi ilə heç cür barışa bilmirdisə, sosialistlər fraksiyası da "yoxsulların mənafeyini müdafiə etmək" şüarı altında müntəzəm olaraq AXC əleyhinə pozuculuqla məşğul olur, parlamentin işinə əngəl törədir, Azərbaycanın bolşevik Rusiyasına birləşdirilməsini təbliğ edirdilər. Azərbaycan Parlamenti hökuməti çox gərgin daxili beynəlxalq şəraitdə fəaliyyət göstərirdi. Bakı neftinə can atan Sovet Rusiyası Denikini məğlub etdikdən sonra yerli bolşevik təşkilatlarını səfərbərliyə alaraq Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün geniş pozuculuq fəaliyyətinə başladı. O dövrdə Ü.Hacıbəylinin yazdığı kimi, "içimizdəki denikinlər daha qorxulu idi".

Moskvanın dəstəyi ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası dövlət çevrilişi etmək üçün hətta xüsusi qərargah yaratmışdı. Bir yandan sosialistlər, daşnaksütun, Erməni Slavyan-Rus Cəmiyyəti fraksiyaları sovet-bolşevik müdaxiləsindən ötrü əlverişli zəmin yaradır, digər tərəfdən Azərbaycandan yeni ərazilər qoparmaq üçün ermənilər bolşevik Rusiyası ilə əlaqəyə girib plan hazırlayırdılar. Nəticədə Qarabağda Gəncəbasarda ermənilərin dövlətə qarşı qiyamları təşkil olundu, ardınca Ermənistan Respublikası Azərbaycanla növbəti müharibəyə başladı hökumət özünün bütün hərbi qüvvələrini bu müharibəyə yönəltməli oldu. Beləliklə, ölkənin şimal sərhədləri müdafiəsiz qaldı.

1920-ci il aprelin 20-də bolşeviklərin "Bakı əməliyyatı" planı təsdiq olundu. Həmin plana əsasən, Anadoludakı Qazi Mustafa Kamal paşanın başçılıq etdiyi "İstiqlal savaşına" "köməyə getmək" adı altında 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə sovet Rusiyasının XI Qırmızı ordusu beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycan Xalq Cümhuriyyətinin sərhədini keçdi. Artıq bolşevik donanması Bakını dənizdən mühasirəyə almış, kommunistlərin silahlı dəstələri isə həm şəhər daxilində, həm onun kənarlarında mühüm obyektləri ələ keçirməklə məşğul idilər. Bolşeviklər sürətlə Bakıya doğru irəliləməklə yanaşı, Azərbaycan Parlamentinə ultimatum verərək hakimiyyəti dinc yolla onlara təhvil vermələrini tələb etdilər.

Ultimatumu yaranmış vəziyyəti müzakirə etmək üçün Məmməd Yusif Cəfərovun sədrliyi ilə parlament aprelin 27-də axşam saat 20.45-də iclasa başladı. M.Ə.Rəsulzadənin təklifi ilə müzakirələr zamanı parlamentin qapıları xalqın üzünə açıldı: "Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs cür təhlükəli vəziyyət içində olduğumuzu, cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq millətdən bixəbər qərar qəbul etməyək".

Ultimatum barədə məlumat verən M.H.Hacınski bildirdi ki, hakimiyyət bu gün axşam kommunistlərə təhvil verilməlidir: "AK(b)P-nin Mərkəzi Komitəsi bildirir ki, əks təqdirdə hakimiyyətin Qırmızı orduya təhvil verilməsi üçün əlindən gələni edəcəkdir. Kommunistlər həm xəbərdarlıq edirlər ki, əgər biz bu gecə hakimiyyəti onlara təhvil verməsək, parlamentdə təmsil olunan siyasi partiyalar qadağan olunacaqdır".

Ultimatumda kommunistlər xəbərdarlıq etdilər ki, hakimiyyətin könüllü surətdə təslim edilməyəcəyi halda, bunun nəticələri üçün bütün məsuliyyət parlament üzvlərinin üzərinə düşəcəkdir. Çıxışının sonunda M.H.Hacınski parlament üzvlərini mövcud vəziyyətdə millətin qurtuluşu naminə yeganə düzgün qərar qəbul etməyə çağırdı. Qan tökülməsinin qarşısını almaq üçün hakimiyyətin yalnız müəyyən şərtlərlə, hər şeydən əvvəl, Vətənin müstəqilliyinin saxlanılması şərtilə kommunistlərə verilməsi qərara alındı. Şərtlərdə deyilirdi ki, rus ordusu Bakıya daxil olmadan birbaşa Anadoluya getməli, Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü saxlanmalı, milli ordu buraxılmamalı, siyasi partiyalar sərbəst fəaliyyət göstərməli, Azərbaycan Kommunist Partiyasının yaratdığı hökumət müvəqqəti xarakter daşımalı Azərbaycanın gələcək idarə formasını tezliklə demokratik şəkildə təşkil ediləcək parlament müəyyən etməli idi. Bu şərtləri qəbul edən bolşeviklər sonradan onların heç birinə əməl etmədilər.

Beləliklə, 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi ilə bərabər onun ilk parlamentinin ömrü yarımçıq kəsildi. ADR parlamentinin o dövrdəki mövqeyini Məhəmməd Əmin Rəsulzadə belə qiymətləndirirdi: "Millət məclisi məmləkətin bütün sinif millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi-mütləq idi".

Beləliklə, xarici qüvvələrin təzyiqi altında hakimiyyətin bolşeviklərə verildiyi 1920-ci ilin 27 aprel günü Azərbaycan Parlamentində yaşananlar mərhum akademik Ziya Bünyadovun 1991-ci ildə "Elm" qəzetində çap etdirdiyi arxiv sənədlərində daha yaxşı görünür. Parlamentin son iclası, oradakı çıxışlar çıxışçıların sonrakı taleyi acı olduğu qədər ibrətamizdir. Onu da qeyd edək ki, Azərbaycan Parlamentinin fövqəladə axşam iclası saat 20:45 dəqiqədə başlayıb gecə saat 2:00-a, bəzi mənbələrdə 24:00-a qədər davam edib.

 

"Edamımıza özümüz qol çəkirik"

 

Bu sözlər M.Ə.Rəsulzadəyə məxsusdur. O tarixi iclasda iştirak edən ya dolayısı ilə onun fəaliyyəti ilə bağlı olan insanların sonrakı acı taleyi bundan xəbər verir. Ancaq tarix artıq baş vermiş hadisələrdir bizim yalnız olanlara, baş verənlərə təəssüf hissi keçirməkdən başqa yolumuz qalmır. Bu mənada filologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Qərənfil Dünyamin qızının dedikləri ilə razılaşmamaq mümkün deyil: "... yaxşı bu dünyada tarix gec-tez kimin-kim olduğunu, xalqı, milləti üçün nələr etdiyini bəyan edir. Biz istəsək , istəməsək bir gün gənclik bu tarixi biləcək qiymətin verəcək! Qoy o qiymət bu gün verilsin!"

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.-27 aprel.-S.10.