Əbədiyyətə ucalan şəhidin vətən sevgisi

 

- Ana, halallıq ver, mütləq getməliyəm. Dostlarım düşmənlə üz-üzə səngərdədirlər, məni gözləyirlər, - deyib Rafət anasını qucaqladı, əllərindən öpdü. 1993-cü ildə Ağdamda Güllücə kəndi ətrafında gedən döyüşlərdə yaralanıb təzəcə sağalmışdı. Yenidən savaşa atılmaq üçün ürəyi çırpınırdı. Valideynlərinin xeyir-duasını almaq onun  üçün komandirindən döyüş əmrini almaq qədər vacib müqəddəs idi. O, tam sağalmasa da, anası Dünyaxanım xalanın dilindən güclə "" kəlməsini qopara bildi, xeyir-duasını aldı, yenidən döyüş bölgəsinə qayıtdı. Belə vətənpərvər gənc qayıtmaya bilməzdi.

1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış ölkəmiz özünün ən ağır, həm mürəkkəb dövrünü yaşayırdı. Əsrlər boyu məkrli siyasətlə Azərbaycanın əzəli torpaqlarına köç edərək ona sahib çıxmağı, bu torpaqlarda "böyük Ermənistan" dövlətini yaratmağı qarşısına məqsəd qoyan erməni millətçiləri böyük güclərin dəstəyi ilə Qarabağı hədəf seçmişdilər. Erməni faşistləri rayonları, kəndləri talan edir, yandırır, dinc əhaliyə divan tuturdular. Bu zaman  Azərbaycanda nizami ordu formalaşmamışdı, ölkədə xaos baş alıb gedirdi.

Ölkə daxilində hökm sürən siyasi hərc-mərcliyə baxmayaraq, igid oğullarımız doğma torpaqların müdafiəsinə qalxmışdılar. Rafət Əsədov da bunların sırasında idi.

Rafət 1972-ci il aprel ayının 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulub, burada orta məktəbi sənaye kollecini  bitirib. Sovet ordusu sıralarında Moldovada bir ilə yaxın xidmət etdikdən sonra doğma vətəninin dar gündə olması xəbərini alır, bir neçə azərbaycanlı ilə geriyə dönür Qarabağa - döyüş bölgəsinə yola düşürlər. Onun hərb yolu 1992-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdən başladı. Füzuli, Cəbrayıl, Zəngilan istiqamətindəki hərbi əməliyyatlarda bir əsgər kimi bərkidi, mətinləşdi, Ağdamın Güllücə, Füzulinin Arayatlı kəndlərində gedən döyüşlərdə xüsusi rəşadəti ilə seçildi. Elə bu cəsarəti bacarığına görə xüsusi təyinatlı dəstədə taqım komandiri təyin edildi. O, iki il doğma torpaqların müdafiəsi uğrunda döyüşdü bu müddət ərzində güllə yarası alsa da, yenidən öz mübarizəsini davam etdirdi - son nəfəsinə qədər döyüş bölgəsindən  ayrılmadı. İtirilmiş torpaqları azad edəcəkləri gündən ümidini heç vaxt üzmədi.

Rafətin böyük qardaşı Rahib yeganə qardaşı haqqında danışarkən qəhərlənir, qəhrəmanlığı ilə fəxr etdiyini deyir:

- Qardaşımın igidliyi haqqında ilk dəfə döyüş bölgəsinə onun yanına gedərkən səngər yoldaşlarından eşitdim. O çox dəyişmişdi, cəbhədə özünü ata yurdundakı kimi xoşbəxt sayırdı. Biz ayrılanda mənə mətin döyüşçü nikbinliyi ilə hər şeyin yaxşı sonluqla  bitəcəyini dedi.  Cəmi 21 yaşı var idi, lakin qəlbində vətənə, üstündə gəzdiyi torpağa, bir səngərlərə güclü Tanrı sevgisi vardı. Sonuncu dəfə evə gələndə martın əvvəli idi. Anam qədər yalvarsa da, qalmadı, tələsirdi, döyüşə, səngərə, onu gözləyən əsgər dostlarının  yanına can atırdı.  Evim-eşiyim, yurdum səngərdi deyirdi. Elə özünə  yurd seçdiyi döyüş meydanında da əbədiyyətə qovuşdu. 1994-cü il mart ayının 5-də Horadiz uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı.

Rafət Əsədov doğulduğu Şirvan şəhə

rindəki Şəhidlər xiyabanında dəfn olunub. Xidmətdən əvvəl çalışdığı yoldaşları da onu unutmayıblar. Şirvanda Telemexanika İstehsalat Birliyində adına guşə düzəldilib, yaşadığı binanın girəcəyində xatirə lövhəsi qoyulub. Rafət öz qısa, lakin parlaq şərəfli ömrü, qəhrəmanlığı ilə onu tanıyanların qəlbində yaşayır.

 

Elnur HADIYEV,

Azərbaycan.-2014.-27 aprel.-S.12.