«Həbs yerlərində saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin
edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 7, maddə 641) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.2-ci maddədə "seçilməsi" sözündən sonra "və ya tutulma müddətinin uzadılması" sözləri əlavə edilsin.
2. 8.1-ci maddənin birinci cümləsində "həbs edilmiş şəxs" sözlərindən sonra "məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 aprel 2014-cü il
Azərbaycan.-2014.- 30 aprel.- S.2.