Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik olan Azərbaycan Vişeqrad qrupu ölkələrinin
ən iri ticarət tərəfdaşıdır
Aprelin
29-da Budapeştdə Vişeqrad qrupu və Avropa
İttifaqının “Şərq tərəfdaşlığı”
ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi
toplantısı keçirilmişdir.
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov toplantıda
çıxış edərək demişdir: “Azərbaycanın
Vişeqrad qrupu ilə əməkdaşlığının
uğurları əlaqələrimizin gözəl nəticələrinə
əsaslanır. Biz mütəmadi olaraq
qarşılıqlı maraq doğuran məsələlərdə
yüksək səviyyəli siyasi dialoqun keçirilməsini
dəstəkləyirik. Bizim ölkələr, həmçinin
parlamentlərarası əlaqələr çərçivəsində
də qarşılıqlı əməkdaşlıq edirlər.
Vişeqrad qrupu ölkələrinin əksəriyyəti ilə
mövcud olan Birgə Hökumətlərarası komissiyalar
iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi
üçün yaxşı platformadır”.
Nazir
bildirmişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunun
aparıcı iqtisadiyyatına malik bir ölkə kimi
Vişeqrad qrupu ölkələrinin ən iri ticarət tərəfdaşıdır.
Keçən il Azərbaycanın Vişeqrad qrupu ölkələri
ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dolları təşkil
etmişdir və bunun artmaqda olduğunu məmnuniyyətlə
qeyd etmək istərdik. Sevindirici haldır ki, hər iki tərəf
ticarət əlaqələrinin şaxələndirilməsi
üçün ənənəvi enerji sektorundan kənara
çıxaraq qeyri-neft sektorunun yaratdığı kənd təsərrüfatı,
tikinti, ağır sənaye və əczaçılıq
kimi sahələrdə də imkanlardan yararlana bilmişlər.
Həmçinin Azərbaycan qeyri-neft sektoruna investisiyalar
baxımından Vişeqrad qrupu ölkələri
üçün çox cəlbedici bazar olaraq qalmaqdadır.
Azərbaycan
ilə Avropa İttifaqı arasında qarşılıqlı
əlaqələrin prioritetlərindən danışan nazir
demişdir: “Azərbaycan “Cənub” Qaz Dəhlizinin
reallaşmasına imkan yaratmaqla, Avropanın enerji təhlükəsizliyinin
təminatını dəstəkləmək üçün
öhdəlik götürmüşdür. Azərbaycan ilə
Avropa İttifaqı arasında 2011-ci ildə “Cənub” Qaz Dəhlizinə
dair strateji baxımdan əhəmiyyətli birgə bəyannamənin
qəbul edilməsindən sonra bu xüsusda olan əzmimizin təzahürü
kimi dəhlizin imkanlarının daha da artırılması
üçün ölkəmiz tərəfindən
mühüm addım atılmışdır. Trans-Anadolu qaz kəməri,
“Cənub” Qaz Dəhlizinin strateji orta komponenti kimi, tənzimləmə
və kommersiya baxımdan müəyyənlik yaradaraq, tərəfdaşlarımızı
əmin etmişdir ki, Azərbaycanın təbii qazı
Avropaya çatdırılacaqdır. Keçən yay Azərbaycan
qazının avropalı tərəfdaşlara
çatdırılması üçün Trans-Adriatik boru xətti
seçilmişdir. Son olaraq, keçən dekabrda “Şahdəniz-2”
layihəsi ilə əlaqədar yekun investisiya qərarları
qəbul edilmişdir. Beləliklə, qarşıdan gələn
4-5 ildə istismara veriləcək Trans-Anadolu və
Trans-Adriatik boru kəmərləri Cənubi Avropadan olan tərəfdaşlarımızın
strateji enerji tələbatını qarşılayacaq və Mərkəzi
Avropaya ixrac üçün gələcək yeni həcmləri
müəyyən edəcəkdir. “Şahdəniz-2”
Avropanın enerji infrastrukturunda qarşılıqlı
bağlılığı artıracaqdır”.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə
bağlı fikirlərini bölüşən nazir
demişdir: “Mən Aİ-nin Şərq Tərəfdaşlığı
məkanında olan həlli uzadılmış münaqişələrlə
əlaqədar mövqeyinə dair bir məqamı
vurğulamaq istəyirəm. Xüsusilə, Ermənistan-Azərbaycan
münaqişəsi ciddi narahatlıq doğuran məsələ
olaraq qalır. BMT Təhlükəsizlik Şurasının qətnamələri
əsasında münaqişənin ədalətli və
tezliklə həlli və bununla da beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
Azərbaycanın ərazi bütövlüyünün bərpası,
eləcə də məcburi köçkünlərin öz
doğma yurd-yuvalarına qayıtması sülh və sabitliyi
gücləndirəcək, hərtərəfli regional əməkdaşlıq
üçün imkanlar yaradacaqdır”.
Azərbaycan.-2014.- 30 aprel.- S.2.