Azərbaycan ilə Serbiya arasında siyasi əlaqələr yüksək səviyyədədir

 

Aprelin 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiç ilə görüşmüşdür.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin siyasi, iqtisadihumanitar sahələrdə uğurla inkişaf etdiyini bildirmiş, əlaqələrin genişlənməsində Serbiyanın sabiq Prezidentinin rolunu qeyd etmişdir. Nazir Şahin Mustafayev ölkəmizin beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu olduğunu vurğulamış, Azərbaycan-Serbiya əlaqələrinin genişlənməsində hökumətlərarası komissiyanın səmərəli fəaliyyətini diqqətə çatdırmışdır.

Serbiyanın keçmiş Prezidenti Boris Tadiç Azərbaycana səfərindən, ölkəmizin sosial-iqtisadi inkişafından məmnunluğunu bildirmiş, Serbiyada iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə turizm, daşınmaz əmlak, bankenerji sektorlarına investisiya qoyuluşu üçün əlverişli imkanların olduğunu qeyd etmişdir. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən serbiyalı qonaq mövcud potensialın iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan yaratdığını vurğulamışdır.

 

Azərbaycan.-2014.- 30 aprel.- S.5.