Azərbaycan-Bosniya və Herseqovina
əməkdaşlığının
inkişaf etdirilməsi imkanları
müzakirə olunmuşdur
İqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən
II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak
etmək məqsədilə Azərbaycanda səfərdə
olan Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko
Laqumciya ilə görüşmüşdür.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşdə ölkələrimiz arasında iqtisadi,
humanitar sahələrdə mövcud əlaqələrə və
əməkdaşlığın genişləndirilməsi
imkanlarına dair fikir mübadiləsi
aparılmışdır.
Nazir
Şahin Mustafayev Azərbaycan ilə Bosniya və Herseqovina arasında
əlaqələrin inkişaf etdiyini, ölkələrimiz
arasında əməkdaşlığın dostluq və
qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını
qeyd etmişdir. Bildirilmişdir ki, Bosniya və Herseqovina
nümayəndə heyətinin Azərbaycana növbəti səfəri
də əməkdaşlığın inkişafına töhfə
verəcəkdir. Vurğulanmışdır ki, Bosniya və
Herseqovina parlamenti Xocalı faciəsinin azərbaycanlılara
qarşı soyqırımı kimi tanınması haqqında
qətnamə qəbul etmiş, Sarayevoda Xocalı faciəsinin
qurbanlarına abidə ucaldılmışdır. Ölkələrimiz
arasında humanitar sahədə həyata keçirilən
layihələrin xalqlarımız arasındakı dostluq əlaqələrinin
inkişafına xidmət etdiyini qeyd edən Şahin Mustafayev
bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini
xüsusilə vurğulamış, Sarayevoda Fondun dəstəyi
ilə əsaslı şəkildə yenidən qurulan əlil,
kor və görmə qabiliyyətli məhdud uşaq və gənclər
üçün mərkəzin fəaliyyət göstərdiyini
diqqətə çatdırmışdır.
Görüşdə
qeyd edilmişdir ki, iki ölkə arasında müqavilə-hüquqi
bazanın olması iqtisadi əlaqələrin daha da
inkişafına, müxtəlif layihələrin həyata
keçirilməsinə imkan verir və perspektivdə əməkdaşlığın
genişləndirilməsi üçün böyük
potensial vardır.
Bosniya
və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya Azərbaycan-Bosniya
və Herseqovina əlaqələrinin inkişafından məmnunluğunu
ifadə etmiş, ölkələrimiz arasında əməkdaşlığın
daha da genişlənəcəyinə əminliyini
vurğulamışdır.
Azərbaycan.-2014.- 30 aprel.- S.5.